Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 4 oktyabr, AZƏRTAC
Bakıya ilk dəfə 1983-cü ildə “Jalgiris” komandasının gənc məşqçisi kimi gəlmişdim. Hava çox gözəl idi, lakin matç bizim üçün o qədər də uğurlu alınmamışdı və məğlub olmuşduq. Həm 1983-cü, həm də 1984-cü illərdə SSRİ Yüksək Liqasında mübarizə aparırdıq. O dövrdə həm Azərbaycanda, həm də Litvada futbol çox yüksək səviyyədə idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyi münasibətilə keçiriləcək “Neftçi” (Azərbaycan) və “Vilnüs” (Litva) veteranları arasındakı yoldaşlıq oyunundan əvvəl litvalı əməkdar məşqçi Algimantas Lyubinskas jurnalistlərə açıqlamasında deyib.
Şəhərin sürətli inkişafının onda xoş təəssüratlar yaradığını deyən litvalı mütəxəssis vurğulayıb: “Bakı müsbət mənada çox dəyişib, müasir və gözəl bir şəhərə çevrilib. Təəssüf ki, hazırda hər iki ölkənin futbolunda tənəzzül yaşanır və sonuncu liqada mübarizə aparırıq. Buna görə də sevinməyə səbəb yoxdur. Lakin bu cür yoldaşlıq görüşləri böyük bayramdır. Burada dostlarım var. Bakı ilə bağlı çox gözəl xatirələrim var”.
Qeyd edək ki, 1951-ci ildə stadionun təntənəli açılış mərasimində məhz bu iki komanda qarşılaşmışdı.
Müxbir-Mikayıl Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Oktyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















