Icma.az
close
up
RU
PAŞİNYANI QOVURLAR, YOXSA ÖZÜ GEDİR? Ermənistan iki od arasında

PAŞİNYANI QOVURLAR, YOXSA ÖZÜ GEDİR? Ermənistan iki od arasında

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İki təşkilatdan “qaçan” İrəvan Rusiya və İranın ayaqları altında qala bilər

KTMT Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanı təşkilatdakı səsvermə hüququndan məhrum etmək qərarı verə bilər.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a açıqlamasında deyib.

"Ermənistan iki ildən çoxdur ki, üzvlük haqqını ödəmir, ona görə də məsələyə yenidən baxıla və üzvlüyün müvəqqəti dayandırılması, daha dəqiq desək, üzvlük haqqı ödənilənə qədər səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edilə bilər… Beləliklə, belə bir nəticə mümkündür, amma bu, prezidentin qərarından asılıdır", - deyə o bildirib.

Pankin xatırladıb ki, Rusiya KTMT-yə sədrlik edir və bütün gündəliyə görə məsuliyyət daşıyır. "KTMT zirvəsi keçiriləcək, ondan əvvəl xarici işlər və müdafiə nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin üçtərəfli görüşü olacaq. Ermənistan məsələsi görüşdə ən başlıca məsələ olmaya bilər, amma ictimaiyyət üçün maraqlı məsələ ola bilər, çünki KTMT əməkdaşlıq, ortaq vəzifələr və məqsədlər haqqındadır. Düşünürəm ki, bu məsələyə baxılacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası 11 noyabrda Moskvada keçiriləcək. Bu sessiya Ermənistanla bağlı daha konkret qərarların veriləcəyi toplantı ola bilər.

Bu arada isə Rusiyadan Paşinyan hökumətinin ünvanına ittiham dolu açıqlamalar gəlməkdədir. Dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, “heç kim Ermənistanı zorla təşkilatda saxlamır”. Yəni bir növ Moskvanın Ermənistanın təşkilatda qalmasında israr etmək fikrində olmadığının görüntüsü yaradılır.


Zaxarova eləcə də Paşinyanı Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa İttifaqı (Aİ) arasında seçim məsələsində “Ermənistan əhalisini çaşdırmaq” cəhdlərində günahlandırıb.

O deyib ki, Ermənistan Baş nazirinin verdiyi son açıqlamalarda heç bir konkretlik yoxdur və Paşinyan ölkə üçün taleyüklü məsələlərdə erməni xalqının mövqeyini soruşmur. Onun sözlərinə görə, dörd AİB ölkəsinin liderlərinin 29 may tarixli bəyanatında çox konkret suallar qoyulsa da, onlara hələ də cavab verilməyib.

Lakin qeyd edək ki, bundan öncə Paşinyan hökumət iclasından sonra keçirdiyi briqfinqdə Ermənistanın AİB-dən çıxmağa hazır olduğunu bəyan etmişdi: "Hazırda AİB-dən çıxmaqdan başqa çarəmiz yoxdur, lakin proses 2027-2028-ci illərdə Aİ-yə üzvlük prosesinə başlamaq üçün rəsmi olaraq ərizə təqdim edəcəyimiz nöqtəyə yaxınlaşır".

Yəni, Ermənistan ortaya KTMT kimi AİB-dən də çıxmaqla bağlı mövqe qoyur. Lakin bu mövqe yarımçıqdır, birmənalı deyil, rəsmi sənədlərdə öz əksini tapmır və sanki prosesi “malalamağa” hesablanır.

Rusiyanın əsas söz sahibi olduğu qarşı tərəf isə Paşinyandan konkretlik tələb edir və bu zaman ona referendum keçirməyi, ermənilərin mövqeyini nəzərə almağı “tövsiyə edir”. Lakin Paşinyan buna getmir. Nəticədə qeyri-müəyyən situasiya yaranır – nə sözügedən iki təşkilat birmənalı olaraq Ermənistanı öz sıralarından qovur, nə də Paşinyan birmənalı olaraq bu təşkilatlardan çıxdığını rəsmiləşdirir. Yalnız “nala-mıxa vuran” bəyanatlarla sanki Rusiyanı qıcıqlandırır…

Qeyd edək ki, Ermənistanın KTMT-dən çıxmaq görüntüsü AİB-dən çıxması ilə müqayisədə özünü daha qabarıq şəkildə büruzə verir.

Ötən ayın sonunda KTMT-nin baş katibi Taalatbek Masadıkov TASS-a müsahibəsində deyib ki, Ermənistan faktiki olaraq təşkilatda yoxdur: "Onlar fəaliyyətimizə mane olmurlar, iş davam edir və qərarlar qəbul edirik. Həftəlik məruzələri dinləyirlər, lakin əsas tədbirlərimizdə iştirak etmirlər. Əslində, onlar faktiki olaraq KTMT-dən özləri çıxıblar".

Qeyd edək ki, Paşinyan daha əvvəl parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxarılmasının tərəfdarı olduğunu bildirib və bunun baş verməsindən məmnun qalacağını deyib. Lakin bununla bağlı təşkilata Ermənistan tərəfindən hər hansı bir müraciət edilməyib…

Ümumiyyətlə, Paşinyanın qeyri-ciddi “diplomatiyası” və Qərbpərəstlik görüntüsü təkcə Rusiyada deyil, İranda da qıcıq yaradır. 

Dünən İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "Tramp marşrutu"nun (TRIPP) yaradılması ilə əlaqədar Paşinyana xəbərdarlıq edib. Vilayəti Ermənistan parlamentinin "Tramp marşrutu" üzrə əməkdaşlıq sazişini ratifikasiya etməsi qərarına sərt münasibət bildirib. O iddia edib ki, Paşinyanın atdığı addımlar erməni xalqının maraqlarına ziddir, ölkənin Qərbdən asılılığını artırır və Cənubi Qafqazda yeni münaqişə və gərginlik mərhələsinin əsasını qoyur.

O vurğulayıb ki, İslam Respublikası Zəngəzur dəhlizinin ABŞ-nin iştirakı ilə yaradılmasını qəbuledilməz hesab edir: "Mən Ermənistan səfirinə tam aydın şəkildə bildirdim: əgər ABŞ prezidenti Donald Tramp və onun müttəfiqləri bizim bu "qırmızı xəttimizi" keçməyə cəhd edərlərsə, onların ayaqlarını qıracağıq".

Bu təhdidin ABŞ-dən çox Paşinyana yönəldiyini və söhbətin həm də onun “ayaqları”ndan getdiyini anlamaq elə də çətin deyil…

Bundan öncə isə Rusiya hakimiyyətinin bir çox təmsilçiləri Ermənistanın AİB-dən çıxmasının ölkədə az qala iqtisadi kollaps yaradacağı, Rusiyanın Ermənistana verdiyi təbii qazı dəfələrlə bahalaşdıracağı və s. barədə xəbərdarlıqlar, hətta təhdidlər ediblər. Rusiya Prezidenti Vladimir Putin isə açıq şəkildə bəyan edib ki, “Ukraynadakı böhran” Ermənistandakına bənzər bir vəziyyətdən başlayıb…

Beləliklə, Paşinyan hökuməti ikitərəfli təhdidlə, özü də regionun hər ikisi faktiki müharibə aparan aqressiv və böyük ölkəsinin təhdidlərilə üz-üzədir. Onun “arxasını dayadığı” Avropanın, Qərbin vəziyyəti isə göz önündədir. Bu reallıqlar Ermənistan üçün müxtəlif mənfi və təhlükəli ssenariləri mümkün edir.

Hazırda bütün dünya Ukraynadakı və İrandakı münaqişələrin sonunu və nəticələrini gözləyir ki, sonrakı strategiyalarını, dünya siyasi xəritəsindəki yerini də buna uyğun müəyyənləşdirsin. Belə görünür ki, Ermənistanın da gələcək taleyi xeyli dərəcədə bu proesdən asılı olacaq və məhz o zaman savaşlardan “başı açılan” Rusiya və İranın Paşinyanla necə davranacağını görəcəyik…

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Noyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri