Ali Məhkəmə oğurluqda təqsirləndirilən şəxslə bağlı bəraət hökmünü qüvvədə saxladı
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ali Məhkəmədə külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Rəşad Əliyevin barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.
Ölkə.az-ın məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə protest təmin olunmayıb. R.Əliyev barəsindəki bəraət hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham olunan R.Əliyevin təqsiri sübuta yetirilmədiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Şirvan Apellyasiya Məhkəməsi həmin hökmdən verilən apellyasiya şikayətini təmin etməyib və birinci instasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Baxış sayı:64
Bu xəbər 08 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















