Ali Məhkəmə SOCAR ın sabiq baş direktoru ilə bağlı qərar verdi
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“SOCAR-AQŞ” MMC-nin 54 milyon mənimsəmədə ittiham olunan sabiq baş direktoru Ramin İsayevin kassasiya şikayətinə baxılıb.
Bakıvaxtı.az xəbər verir ki, Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Şikayət təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsayev 14 il azadlıqdan məhrumetmə cəzası alıb.
Eyni zamanda 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Xatırladaq ki, Ramin İsayev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib. İş üzrə 54 milyon manat ziyan müəyyən edilib. R. İsayevin Harvard Universitetinin məzunu olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Oktyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















