Icma.az
close
up
RU
Ali Məhkəmə “TikTok”da təhqirə məruz qalanlarla bağlı qərar verdi: onların şikayətlərinə hansı məhkəmələrdə baxılmalıdır?

Ali Məhkəmə “TikTok”da təhqirə məruz qalanlarla bağlı qərar verdi: onların şikayətlərinə hansı məhkəmələrdə baxılmalıdır?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali Məhkəmə “TikTok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib. Bu qərar şikayətin ərazi aidiyyətilə bağlı məsələnin həlli baxımından vahid məhkəmə təcrübəsini formalaşdıracaq. Çünki indiyədək “TikTok”da təhqir və böhtana məruz qaldığını iddia edən şəxslərin şikayətlərinə hansı məhkəmədə baxılması məsələsi mübahisə predmetinə çevrilirdi.

Bizimyol.info xəbər verir ki, vətəndaş Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, şikayətçi olduğu şəxslərin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş edib. O göstərib ki, qarşı tərəf “TikTok”da onun barəsində təhqir və böhtan məzmunlu məlumatlar yayıb, şərəf və ləyaqətini alçaldıb.

Barəsində şikayət verilən şəxslər Ağcabədi Rayon Məhkəməsinin bütün hakimlərinə etiraz verib. Onların etirazı baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şirvan Apellyasiya Məhkəməsi etirazı təmin edib və material baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilib.

Lakin Laçın Rayon Məhkəməsində hazırlıq iclasında qərar verilib ki, bu iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Məhkəmə qərarını belə əsaslandırıb ki, şikayətçinin böhtan və təhqir kimi qiymətləndirdiyi məlumatı qarşı tərəf hüquqi ünvanı Yasamal rayonunda yerləşən internet informasiya ehtiyatı olan MMC-dəki çıxışlarda yayıb.

Haqqında şikayət verilənlərin biri MMC-nin direktoru, digəri isə həmin MMC-də müxbirdir.

Yasamal Rayon Məhkəməsi isə göstərib ki, MMC-nin hüquqi ünvanı Yasamal rayonu olsa da, şikayətçinin təhqir və böhtan hesab etdiyi məlumatlar barəsində şikayət verilən şəxslər tərəfindən “TikTok” sosial şəbəkəsində yayımlanıb. Həmin şəxslərin yaşayış yerləri də Ağcabədi rayonudur. Bu səbəbdən materialın ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olduğunu hesab edir, lakin həmin məhkəmədə fəaliyyət göstərən bütün hakimlərə etiraz təmin edildiyinə görə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Laçın Rayon Məhkəməsinə göndərildiyini nəzərə alır. Ona görə də Laçın Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib. Məhkəmənin hazırlıq iclasının qərarı ilə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün materialı Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində işin aidiyyəti üzrə göndərilməsi məsələsinin həlli üçün Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.

Ali Məhkəmənin hakimləri hesab edir ki, Laçın Rayon Məhkəməsi materialı Yasamal Rayon Məhkəməsinə göndərməməliydi. Başqa sözlə, qanunvericiliyin müddəalarına əsaslanmadan, “TikTok” sosial şəbəkəsində açılmış hesabı məlumatın yayıldığı MMC-nin (hüquqi şəxsin) sahib olduğu internet informasiya ehtiyatı kimi qiymətləndirib.

Ali Məhkəmənin qənaətinə görə, Laçın Rayon Məhkəməsi CM-in 147.1 və 148-ci maddələrinin dispozisiyalarında göstərilən “internet informasiya ehtiyatı” anlayışının düzgün hüquqi xarakteristikasının verilməsi üçün vacib olan normativ aktların müddəalarını nəzərdən keçirməyib.

Məhkəmənin xüsusi ittiham qaydasında şikayətin ərazi aidiyyəti məsələsi üzrə nəticəyə gələrkən MMC-nin (hüquqi şəxsin) qeydiyyata alındığı hüquqi ünvanı əsas götürməsi və materialı yurisdiksiyası həmin ünvana şamil edilən Yasamal Rayon Məhkəməsinə göndərməsi əsassız olub.

Xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə aidiyyət məsələsi həll edilərkən məhkəmələrin hazırlıq iclasında malik olduqları məlumatlar əsas götürülməli və həmin mənbələrə əsasən bu məlumatların “Tiktok” sosial şəbəkəsində yayılması, bu internet informasiya ehtiyatının qeydiyyat yerinin Azərbaycanın hüdudlarından kənarda olması, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin yaşayış yerinin isə Ağcabədi rayonu olması nəzərə alınmalıydı. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun 2014-cü il 21 fevral tarixli qərarında yazılan “Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycanda axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır” müddəası rəhbər tutulmalıdır. Bu işdə də xüsusi ittiham qaydasında şikayətin aid olduğu birinci instansiya məhkəməsi kimi Ağcabədi Rayon Məhkəməsi qəbul edilməlidir.

Lakin Şirvan Apellyasiya Məhkəməsi hakiminin qərarı ilə Ağcabədi Rayon Məhkəməsində fəaliyyət göstərən hakimlərə edilmiş etirazlar təmin edilərək materiala baxmalı olan birinci instansiya məhkəməsi qismində Laçın Rayon Məhkəməsi müəyyən edildiyindən, müvafiq material hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri