Icma.az
close
up
RU
Ali Məhkəmədən kommunal xidmətlərdə yaranan borclarla bağlı mühüm qərar

Ali Məhkəmədən kommunal xidmətlərdə yaranan borclarla bağlı mühüm qərar

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Müvafiq qurumun nümayəndələri tərəfindən vətəndaşın yaşadığı ünvana baxış keçirilən zaman sayğacın sxemi pozularaq dövriyyədən kənarlaşdırılması faktının aşkar edilməsi ilə əlaqədar müxtəlif dövrlərdə aktlar tərtib edilib.

Teleqraf.com xəbər verir ki, aktların heç biri iddiaçı tərəfindən imzalanmayıb, iddiaçı adının qarşısında yerləşən “imza” qrafasında “mənzildən çıxan olmadı” sözü qeyd edilib.

Vətəndaş məhkəməyə müraciət edərək, qurumun əməkdaşları tərəfindən tərtib olunmuş aktların etibarsız sayılması və həmin aktlar əsasında öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.

İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin əməkdaşları onun evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttini kəsib, iştirakı olmadan akt tərtib ediblər. Həmin aktda göstərilir ki, vətəndaş guya o, sayğacın qapaq möhürünü açaraq sayğacı sxemdən kənarlaşdırıb.

İddiaçı cavabdehin tərtib etdiyi aktla razılaşmayaraq, qeyd etmişdir ki, küçədə yerləşən sayğaca hər hansı müdaxilə etməyib.

Cavabdeh qurum isə qaldırılan iddiaya etiraz edərək bildirib ki, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət edib. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilib. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğunu əsas göstərərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası isə kassasiya şikayətinə baxaraq qeyd edib ki, təsbit xarakterli iddialara baxılarkən iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz.

Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Kommunal xidmətlərlə bağlı borcun olmadığı (borcun silinməsi) barədə iddia tələbləri Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir, bu tələblərin müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirilərək, iddia müddətinin tətbiq edilməsi qeyd edilən maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnir.

Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən kassasiya şikayəti təmin edilərək, iş yeni apellyasiya baxışına qaytarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 13 Dekabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri