Icma.az
close
up
RU
Ali Məhkəmədən mirasın bölüşdürülməsinə dair MÜHÜM QƏRAR

Ali Məhkəmədən mirasın bölüşdürülməsinə dair MÜHÜM QƏRAR

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Ali Məhkəməsi vərəsələr arasında ixtilafların həll edilməsi zamanı vərəsəlik şəhadətnamələrinin hüquqi əhəmiyyətinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Pravda.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, iddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və eyni tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın 1/4 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin notariat ofisinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi iddianı tam təmin edib, apellyasiya instansiyası məhkəməsi qətnaməni "mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın 1/4 hissəsinə dair iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariat ofisinin üzərinə qoyulması" hissəsində ləğv edib, həmin hissədə iddianı rədd edərkən qeyd edib ki, hazırda iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə özündən əvvəl tərtib edilmiş digər şəhadətnamələrdən (mülkiyyət hüququ və qanun üzrə vərəsəlik hüququ haqqında) qaynaqlanıb, lakin iddiaçı həmin şəhadətnamələri mübahisələndirməyib. Vərəsələrin, o cümlədən iddiaçının miras əmlakın 1/4 hissəsinə payı yalnız bu şəhadətnamələr ləğv edildikdən sonra tanına bilər.

Kassasiya instansiya məhkəməsinin mövqeyi:

Notariusun verdiyi vərəsəlik şəhadətnaməsi vərəsələrin miras hüquqlarını yaratmır. Belə ki, qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir.

Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.

Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.

Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır.

Bu səbəbdən notariusun verdiyi vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Çünki mülkiyyət, o cümlədən vərəsəlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən (bu cür tələblər müxtəlif məzmunda və variantlarda irəli sürülə bilər: məsələn, vərəsəlik payının müəyyən edilməsi və (və ya) əşyanın qaytarılması, əşyaya dair cavabdehin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.) mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətnamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir. Əks yanaşma eyni mübahisəli münasibətlərlə bağlı lüzum olmadan çoxsaylı mülki işlərin açılmasına və prosessual hüquqlardan sui-istifadə edilməsinə rəvac verməklə, mübahisəyə məhkəmədə ağlabatan müddətdə baxılması və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olar.

Qeyd olunanlara əsasən Ali Məhkəmənin Mülki kollegiyası hesab edib ki, apellyasiya məhkəməsinin iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qaynaqlandığı özündən əvvəl tərtib edilmiş digər şəhadətnamələri (mülkiyyət hüququ və qanun üzrə vərəsəlik hüququ haqqında) mübahisələndirməməsinə görə iddianın rədd olunması barədə mövqeyi əsaslı olmayıb. Buna görə də kassasiya şikayəti qismən təmin edilib, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub və iş yeni apelyasiya baxışına göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Mart 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see206

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see130

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see124

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see122

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see121

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see119

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see119

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see118

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see118

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see118

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see118

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see118

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see117

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see117

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see116

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see116

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see116

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see115

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see114

Adını bitki adından götürən kənd: Ardıcın tarixinə dair maraqlı məlumatlar

10 İyun 2025 13:10see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri