Icma.az
close
up
RU
QƏVAMİ SADIQBƏYLİ 70

QƏVAMİ SADIQBƏYLİ 70

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Bu il – 20 iyun 2025-ci il tarixində Qəvami Sadıqbəyli ömrünün 70-ci zirvəsinə qədəm qoyur.

Bu zirvə, yalnız yaşın yox, həm də zəngin mənəvi və ictimai irsin, şəxsiyyətin formalaşmasının, əqidə və prinsipiallığın mərhələsi kimi dəyərləndirilməlidir.

Qəvami Sadıqbəyli – [ Həmzəyev Qəvami Sadıq oğlu ] 1955-ci il iyunun 20-də Gəncədə doğulmuşdur. 1963-cü ildən etibarən Bakı yaxınlığındakı Mehdiabad qəsəbəsində yaşamışdır. 1973-cü ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, elə həmin il M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) əyani şöbəsinə daxil olmuş, 1978-ci ildə “Dağ mühəndisi” ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə Özbəkistanın yeraltı mədənlərində başlamış, daha sonra Bakı Metropolitenində, Azərbaycan Dəmir Yolu İdarəsində, “Azərkimya” İB-də, Əlvan Metallar Zavodunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifələrdə çalışmışdır. Moskva, Sankt-Peterburq və Azərbaycan Nazirlər Soveti yanında İdarəetmə İnstitutlarında ixtisasartırma kursları keçmişdir.

1988-ci ildən etibarən Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olmuş, sonrakı dövrlərdə jurnalist və politoloq kimi tanınmışdır. Beynəlxalq və regional münasibətlərə dair analitik yazılar müəllifi kimi yüzlərlə məqalə qələmə almış, ictimai rəyə təsir edən çıxışlar etmişdir. O, dəfələrlə haqsızlıqlarla üzləşsə də, haqq və ədalət uğrunda mübarizədən geri çəkilməmiş, bu prinsipi həyatının əsas qayəsinə çevirmişdir.

Hal-hazırda Haqq Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərir. Ailəlidir, Elnur adlı bir oğlu və Günay adlı bir qızı var.

Qəvami Sadıqbəyli 70 illik həyat yolu ilə təkcə bir fərd kimi yox, həm də ictimai düşüncə daşıyıcısı, vətəndaş mövqeyinin təbliğatçısı, haqq və ədalət uğrunda yorulmadan mübarizə aparan bir fikir adamı kimi çıxış edir. Onun istər mühəndis fəaliyyəti dövrü, istər jurnalist və politoloq kimi çıxışları, istərsə də ictimai-siyasi sahədəki fəallığı, Azərbaycan cəmiyyətinə töhfə vermək istəyi ilə səciyyələnir.

70 yaş – müdrikliyin zirvəsidir. Qəvami Sadıqbəylinin bu zirvəyə çatması ; sabahkı nəsillər üçün bir örnəkdir :

 – əqidəli olmaq, doğrunu müdafiə etmək, qorxmadan danışmaq və yazmaq örnəyi...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri