Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.
Mia.az məhkəməyə istinadla xəbər verir ki, iclasda “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarına, habelə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılması tələb olunan digər qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələ müzakirəyə çıxarılıb və dəyişikliklər Plenum üzvləri tərəfindən təsdiq olunub.
Eyni zamanda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qərar layihəsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Sonra 2023-cü il və 2024-cü ilin birinci yarımilliyində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib və geniş fikir mübadiləsi aparılıb.
Daha sonra Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi barədə layihə səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda həmçinin konkret işlərə baxılıb.
Baxış sayı:77
Bu xəbər 20 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















