Icma.az
close
up
RU
Ali Məhkəmənin sədri: Hakim sayı ilk dəfə ən yüksək həddə çatıb FOTOLAR

Ali Məhkəmənin sədri: Hakim sayı ilk dəfə ən yüksək həddə çatıb FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Yuxarı instansiya məhkəmələrinin peşəkar kadrlarla komplektləşdirilməsi işi davam etdirilir. Bu çərçivədə 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan Hakimlərinin I Forumunda çıxışında bildirib.

"Ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb ki, bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir. Namizədlərin təyinat yerini topladıqları bala uyğun özlərinin seçmələri isə bu sahədə şəffaflığın və obyektivliyin, eləcə də ictimai inamın artırılmasında mühüm rol oynayıb", - deyə o əlavə edib. 

Ali Məhkəmənin sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhkəmə hakimiyyətinin nüfuzunun artmasına öz töhfəsini verir: 

"Ötən dövr ərzində məhkəmə müstəqilliyinin təmin olunması məqsədilə Məhkəmə-Hüquq Şurasının statusu və tərkibi beynəlxalq standartların tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib. Eyni zamanda, məhkəmələrdə icra və əmək intizamının yoxlanılması, habelə bir sıra digər mühüm səlahiyyətlər məhkəmə hakimiyyətinin özünü idarəetmə orqanı olan Şuraya həvalə edilib. 

Məhkəmə-Hüquq Şurası ölkədə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakim korpusunun yeni nəsil gənc hüquqşünaslarla komplektləşdirilməsinin əhəmiyyətini nəzərə alaraq, ilk növbədə hakimliyə namizədlərin seçim prosedurunu təkmilləşdirməklə bu prosesin daha çevik xarakter almasına nail olub. 

Hakimlərin vəzifədə irəli çəkilməsi, iş yerinin dəyişdirilməsi, yaxud tutduğu vəzifədən azad olunmasının obyektiv və şəffaf meyarlara əsasən həyata keçirilməsi, habelə onların tədris ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə ötən il bütün instansiya məhkəmələri hakimlərinin təmsil olunduğu Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb", - deyə o vurğulayıb. 

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri