Icma.az
close
up
RU
Ali Məhkəmənin sədri İnam Kərimova inanmaq istərdim

Ali Məhkəmənin sədri İnam Kərimova inanmaq istərdim

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Onore Mirabo deyirdi: "Ədalət topaldır -çətinliklə yeriyir, amma gedəcəyi yerə gec-tez gedib çatır".Bəlkə də Mirabonun dövründə Fransada ədalət, doğrudan da, topalmış, amma indi, deyəsən, həm də kar və kordur. Özü də təkcə Fransada yox, çox yerdə. Ya da bəlkə də elə hər yerdə.

"Kiçik adamlar" deyib keçməyin. Kiçik adamların taleyində böyük problemlərin izləri aydın görünür. Həm də vəzifəcə böyük adamların yaratdığı problemlər...

Teymur Şaxrux oğlu Miralayev ötən il avqustun 14-də cinayətdə təqsirli bilinib. Cinayət Məcəlləsinin (CM) 206.2-ci maddəsi ilə. Astara rayon Məhkəməsi belə bir hökm çıxarıb və Teymur 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Buna bir sözümüz yoxdur.

Ancaq Şirvan Apelyasiya Məhkəməsi həmin ilin oktyabr ayında bu hökmdən protesti qəbul edib. Protest qismən təmin olunub; Miralayev barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, onun 3 il 3 aylıq cəzası 6000 (altı min) manat cərimə ilə əvəz olunub. CM-in 69.4-cü maddəsinə əsasən isə, üzərində qəti olaraq 4000 (dörd min) manat məbləğində cərimə cəzası saxlanılıb.

Amma dövlət ittihamçısı bununla razı deyil; hesab edir ki, Teymur Miralayev mütləq və mütləq həbsxanaya salınmalı, işini itirməli, ailəsi, xəst anası aclıq, qıtlıq çəkməlidir. Üstəlik dövlət xərc çəkib, onu türmədə saxlamalıdır.

Prokurorluğun, ya da ayrılıqda götürülmüş bir prokurorun vecinə deyil ki, Teymur Miralayev anası Afaq Hidayət qızı Mirayayevanın adına olan və Bakı şəhərindəki mənzili girov qoyub, bankdan 60 min manat məbləğində kredit götürüb, yük avtomobili alıb, yük daşıyıb ailəsini dolandırır. İndi işdir, olub, şeytana uyub, yüngül cinayət törədib. Cəzasını da məhkəmə həbsdən cəriməyə dəyişdirib, adam cəriməni də ödəyib. Qanunda qətimkan tədbirləri sırasında cərimə də var. Amma prokurorun ürəyi soyumur; protest verib ki, Teymur yenidən həbsxanaya getsin.

Axı niyə?! Adam islah olunub. Öz işi ilə məşğuldur; halal zəhmətlə pul qazanıb ailəsini dolandırır. Axı dövlət ittihamçısının nə marağı var ki, Teymuru yenidən türməyə göndərmək istəyir. Bu adam - Teymur Miralayev həbsdə olanda banka borcu da yığılmışdı, "içəri"dən çıxdı, kredit müqaviləsini təzələdi, işlədi, qazandı, gecikmiş borcunu ödədi. Qalan borcu da aybaay bağlayır. Ailəsini saxlayır. Ancaq neyləyəsən ki, prokuror adamın normal həyat yaşamasına imkan vermək istəmir. Özü də həbs cəzasının ədalətsiz olduğunu bilə-bilə, görə-görə.

Teymur Miralayevin anası Afaq xanım media vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova, baş prokuror Kamran Əliyevə müraciət edir. Onlardan xahiş edir ki, ailəyə kömək göstərsinlər. Afaq Miralayevə uzun müddət təhsil sahəsində çalışlb; ziyalı insandır. O, nə Ali Məhkəmənin sədrindən, nə də baş prokurordan qanunsuz bir şey istəməyib ki! Dövlətin qanunu var, bəli, onu pozmaq olmaz. Ancaq Teymurun yol verdiyi qanun pozuntusuna görə, onu mütləq həbsxanaya salmaq lazımdır?! Yox. O kateqoriya cinayətlərdən deyil Teymurun törətdiyi. Cərimə də kifayətdir. Onsuz da elə bu cərimə məbləğinin özü də bu ailənin imkanlarına görə kifayət qədər yüksəkdir. Teymur da bunu ödəyib. Düz yola qayıdıb, normal həyat yaşayır. Ancaq prokuror deyir, yox, adama düz yaşamağa imkan vermək olmaz.

Təsəvvür edin: Teymur həbsə getsə, ailəsi, himayəsində olan iki azyaşlı uşaq ac, iki dəfə ağır əməliyyat keçirmiş xəstə anası himayəsiz qalacaq. Banka borclarını ödəyə bilməyəcəklər, borc şişəcək, girov qoyduqları mənzili də itirib evsiz qalacaq bu ailə.

Doğrudanmı, hörmətli İnam Kərimov, eləcə də, hörmətli Kamran Əliyev Teymurun özü ilə bərabər onun ailəsini də cəzalandırmağa razı olacaq?! Ümid edirəm ki, yox, razı olmayacaqlar. Əks halda həmin şəxslərdən - Baş prokurordan, Ali Məhkəmənin sədrindən xahiş edərik, CM-ə, eləcə də, başqa məcəllələrə düzəliş edilməsinə dair Milli Məclisə qanunvericilik təşəbbüsü ilə çıxsınlar: təkcə cinayəti törədən şəxsi deyil, o şəxsin ailəsini də cəzalandıran normalar əlavə edilməsinə nail olsunlar.

"İyirmi birinci əsr" adlı zamanda və Azərbaycan Respublikası kimi güclü müstəqil dövlətdə yaşayırıq. Ona görə də bizə yaraşmayanları yaşamaq istəmirik.

Biz demirik ki, cinayəti törədənin başını sığallamaq gərəkdir. Yox! Qanunsuzluq varsa, cəzası da var. Amma cəza da cəza olmalıdır, intiqam yox.

Konstitusiyada yazılıb ki, Azərbaycan Respublkası hüquqi dövlətdir; yəni ölkə qanunla idarə olunur. Prokuror da dövlət adından ittiham edir, məhkəmə də dövlət adından hökm verir. Bu, çox böyük məsuliyyətdir. Əgər prokurorun protesti təmin edilsə və Teymur Miralayev yenidən həbs olunsa, deməli, dövlət öz vətəndaşından qisas almış olacaq. Həm də tək onun özündən yox, ailəsindən də.

Bu, dövlətin ədalət anlayışına zidd olardı.

Bəli, deyə bilərlər ki, Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı izah verib. Ancaq bu, hüquq norması deyil axı, sadəcə, izahdır. Ölkənin qanunları, hüquq düşüncəsi, yüngülləşdirici hallar, təqsirləndirilən adamın şəxsiyyəti, ətrafının ona münasibəti niyə nəzərə alınmır?!

Qanun, sadəcə, ədaləti təmin etməyi deyil, yeri gələndə, qədərində mərhəmət göstərməyi də nəzərdə tutur. Ədalət və mərhəmət sivil cəmiyyətin qoşa qanadıdır. Bunlardan birini itirən cəmiyyət heç vaxt yüksəklərdə "uça" bilməz.

Afaq Miralayeva demir ki, oğlu günahsızdır, yox! O, deyir ki, dövlət ittihamçısının mövqeyi haqsızdır. Ağır cəza istəyir. Əgər məhkəmə də bu protesti təmin edib, Teymuru həbsxanaya salarsa, prokurordan daha böyük haqsızlığa yol vermiş olacaq. Qanunçuluğu qanunsuzluqla təmin etmək mümkün deyil. Bunu Ali Məhkəmənin sədri də bilir, baş prokuror da.

Teymurun ailəsi də məhz bu şəxslərdən mədəd umur. Mən də Afaq Miralayevanın müraciətinə qoşulardım və deyərdim: hörmətli İnam Kərimov, Sizə az-çox inam var. Bu inamı heçə çıxartmayın. Həyatda və dövlətdə heç nə və heç kəs ədalətdən yüksəkdə deyil. Səlahiyyətiniz yüksəkdir, ədalətiniz də yüksək olsun. Eləcə də, qanun normaları və hüquq düşüncəsi çərçivəsində mərhəmətiniz də!

Mən bir şəxsin, bir ailənin timsalında cəmiyyətə, dövlətə baxdım. Cəmiyyət ailələrdən "toxunmuş" xalıdır. Dövlət vətəndaşlardan qurulmuş qaladır.

Bəli, insanlar səhv edir, cinayət törədir, cəzası da var və olmalıdır da. Ancaq dövlət vətəndaşına münasibətdə təkcə məcburiyyət deyil, həm də səmimiyyət üzərində göstərməlidir. Hətta residivistin də hüquqları var, o da ola yüngül cinayət törətmiş bir şəxs.

Biz hüquqi nihilizmin, anarxiyanın tərəfdarı deyilik, təbii ki. Amma cəzaların da ifrata varmasını doğru saymırıq. Dövlətin qanunu da bunu deyir, ictimai əxlaq da, humanizm prinsipləri də.

Həkim hər bir pasiyentə fərdi yanaşarsa, düzgün müalicə edər. Hakim də hər bir müttəhimə və cavabdehə fərdi yanaşmalıdır. Mərhəmət abstrakt anlayış deyil; qanunvericiliyin "yüngülləşdirici hallar" dediyi şey elə həmin mərhəmıtin özüdür ki var.

P.S. Bəli, Mirabonun dediyinə görə, ədalət topaldır, çətinliklə yeriyir...

Amma prokurorluğun yenidən türməyə göndərməyə çalışdığı Teymur Miralayevin anası nəinki hərəkət etməkdə çətinlik çəkir, Travmotologiya və Ortopediya İnstitutunda iki ağır əməliyyatdan sonra heç hərəkət edə bilmir. Baş prokuror Kamran Əliyevin qəbuluna da bu səbəbdən gedə bilmir. Ümid edirəm, oğulun bir dəfəlik hərəkəti ananın birdəfəlik hərəkətsizliyinə bağışlanar və Teymur Miralayev ikinci dəfə qandallanmaz. Bir daha deyirəm: həbsdən də başqa cəzalar var...

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see281

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see125

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri