Icma.az
close
up
RU
Ali Məhkəməyə daxil olan mülki işlərin sayı azalıb

Ali Məhkəməyə daxil olan mülki işlərin sayı azalıb

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

2026-ci il yanvarın 23-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, iclası giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, Plenum Ali Məhkəmənin ötən ilki fəaliyyətinə həsr olunub.

Geridə qoyduğumuz ilin dövlətimiz və xalqımız üçün uğurlu olduğunu diqqətə çatdıran sədr qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi hüquqi dövlət prinsiplərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb. Həmin il çərçivəsində Ali Məhkəmə tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib, məhkəmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaşların ədalət mühakiməsinə inamının möhkəmləndirilməsinə xidmət edən mühüm addımlar atılıb. İclasda ötən ilin məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və səmərəli olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Ali Məhkəmənin icraatında olan işlərə də toxunularaq diqqətə çatdırılıb ki, hesabat dövründə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüququn inkişafının təmin edilməsi və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasında sabitliyin qorunması məqsədilə 44 üç ulduzlu qərar, 1 yeni dörd ulduzlu qərar, kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2 qərardad, 2 yeni Plenum qərarı qəbul edilib. Bir sıra Plenum qərarlarına mühüm dəyişikliklər edilib, 4 Plenum icraatı üzrə müvafiq qərarlar qəbul olunub. İclasda məhkəmə-hüquq sistemində islahatlar və yeniliklərin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb.

Qeyd edilib ki, hazırda məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, bununla da vətəndaş məmnunluğunun artırılması qarşıda duran hədəflərdəndir. Daha sonra Ali Məhkəmənin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib. Bildirilib ki, Kommersiya kollegiyası üzrə icraatda olan işlər 2024-cü illə müqayisədə 17,9 faiz artıb. 2025-ci ildə Kommersiya kollegiyasının icraatında olan 1026 işdən 91 faiz iş kommersiya mübahisələri üzrə, 4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 937 işdən 82 faiz iş yekunlaşdırılıb.

Baxılmış işlərdən 81,1 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 18,1 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,8 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib. 2025-ci ilin hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 5227 işdən 62.1 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərdən 43.4 faiz işə mahiyyəti üzrə baxılıb, 9,6 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 0,6 faiz iş üzrə kassasiya icraatına xitam verilib. Baxılmış 3246 işdən 27,4 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 47 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 14 faiz qərar ləğv edilib, 0,5 faiz iş üzrə icraata xitam verilib, 0,9 faiz qərar dəyişdirilib. Mülki kollegiya üzrə 2025-ci ildə Ali Məhkəməyə daxil olan mülki işlərin sayında əvvəlki illə müqayisədə azalma, əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında isə artım müşahidə olunub. Bildirilib ki, mülki işlər üzrə respublika məhkəmələrinə ümumilikdə 234 min 597 iş daxil olub. Bu göstərici ötən dövrlə müqayisədə 8,3 faiz artıb. Apellyasiya şikayəti verilən işlərin sayı 3,5 faiz artsa da, kassasiya şikayətlərinin sayı 5,9 faiz azalıb. Hesabatda instansiyalar üzrə yekunlaşmış işlərin sayının yüksək olduğu və orta yekunlaşma göstəricisinin 85 faiz təşkil etdiyi qeyd olunub. Eyni zamanda təkrar baxılan və növbəti ilə qalıq keçən işlərin sayında da azalma müşahidə edildiyi bildirilib.

Qeyd edilib ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarının sabitlik göstəricisi kifayət qədər yüksəkdir. Bu nəticələrin təcrübənin vahidliyinin təmin olunması, instansiyalar arasında əlaqələndirilmiş fəaliyyətin təmin olunması, eləcə də hakimlərin peşəkarlıq səviyyəsinin artması ilə bağlı olduğu vurğulanıb. Yekunda aşağı instansiya məhkəmələrində mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi cari vəziyyəti müzakirə edilib. Qeyd edilib ki, 2025-ci il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3556 işdən 75,3 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış 2677 işdən 82,3 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 5 faiz iş üzrə qərar ləğv edilib, 12,7% iş üzrə qərar isə dəyişdirilib. Daha sonra Ali Məhkəmə Aparatının 2025-ci il üzrə hesabatı dinlənilib. Qeyd edilib ki, ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və təşkilati təminatı üzrə ardıcıl tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, 2026-cı ildə əsas prioritetlər rəqəmsal idarəetmənin genişləndirilməsi, elektron sənəd dövriyyəsinə keçidin tam təmin edilməsi, fəaliyyətin təhlilinin və monitorinqlərin avtomatik aparılması, süni intellekt elementlərinin tətbiqi olacaqdır. Məruzələr ətrafında çıxış edənlər 2025-ci ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər. Plenumda həmçinin "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Ali Məhkəmə Plenumunun Qərar layihəsinin müzakirəsi aparılıb. Sonda Plenumda Ali Məhkəmənin 2026-cı ilə dair İş Planı təsdiq edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Yanvar 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri