Ali məktəb tələbələri arasında məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında “Hər qarışı Vətəndir” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə “BDU könüllüləri” təşkilatının dəstəyi ilə keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən rektor Elçin Babayev Qərbi Azərbaycanın əzəli torpaqlarımız, qan yaddaşımız olduğunu bildirib. O qeyd edib ki, Qərbi Azərbaycan məsələsini milli-mənəvi yaddaşımızda daha da möhkəmləndirmək üçün ali təhsil müəssisələrinin, alim və tələbələrin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün arxiv sənədləri, şəkilləri əsasında tədqiqatlar aparılmalı, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı beynəlxalq hüquq istiqamətində atdığı addımlara dəstək göstərilməlidir. Keçirilən müsabiqə bu baxımdan çox önəmlidir: “Prezident İlham Əliyev ən yüksək kürsülərdən ölkəmizin mövqeyini bəyan edir. Qərbi Azərbaycan İcması bu istiqamətdə uğurla fəaliyyət göstərir. BDU-da Erməni Araşdırmaları və Təlim Mərkəzi fəaliyyət göstərir. Son illər BDU-da Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb. Hazırda bir neçə fakültənin iştirakı ilə Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılır”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışlarında müsabiqənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, milli yaddaşın və tarixin öyrənilməsində ədəbiyyat çox təsirli vasitədir. “Hər qarışı Vətəndir” mövzusunda məqalə müsabiqəsi tarixi yaddaşa qayıdış yolunda önəmli vasitədir.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb. BDU tələbələri Qasım Xəlilov I, Hümbət Bədəlov II, Sumqayıt Dövlət Universitetinin tələbəsi Nigar Xanəliyeva III yerə layiq görülüblər. Azərbaycan Dövlət İqtisad Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri Aygün Fərzəliyeva, Yasin Salehov və Rahilə Məmmədova isə həvəsləndirici mükafata layiq görülüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 15 Oktyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















