Icma.az
close
up
RU
Qazaxda “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qazaxda “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Qazax, 15 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qazax rayonunda Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrinin əməkdaşları arasında keçirilmiş “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tədbirdə çıxış edən Mərkəzin direktoru Ceyhunə Hüseynova Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etdiyini söyləyib. O bildirib ki, bu sənəd dövlətin hüquqi əsaslarını müəyyən edərək dövlət idarəçiliyinin prinsiplərini, vətəndaş hüquq və azadlıqlarını və qanunun aliliyini təsbit edib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu Sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açmasında əsaslı rol oynayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi tarixi torpaqlarımızın işğaldan azad edilməsi olub. Azərbaycan xalqı bu gün müstəqil, suveren, qalib dövlətə sahibdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar edilib. Otuz ilə yaxın işğal altında qalan əzəli Azərbaycan torpaqlarının azad edilməsi hər bir azərbaycanlını qürurlandırır, xalqımızın qüdrətini, gücünü, yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirir.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov çıxış edərək Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində suverenliyimizin bərpasından danışıb. O vurğulayıb ki, bu gün müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsindədir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən bir sıra irimiqyaslı layihələr eyni zamanda, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına töhfə verir. Azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Sonda münsiflər heyəti tərəfindən I yerə layiq görülmüş Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsinin mütəxəssisi Nərmin Musayeva, II yerin sahibi Qazax rayon M.P.Vaqifin və M.V.Vidadinin Xatirə muzeyinin kiçik elmi işçisi Esmira Qəribova, III yerin sahibi Qazax rayon Aslanbəyli kənd folklor evinin müdiri Qənirə İsmayılova müsabiqəyə təqdim etdikləri məqalələrini oxuyublar.

Qaliblərə və məqalələri fərqləndirilmiş digər iştirakçılara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri