Icma.az
close
up
RU
Ali məktəbə qəbulda yeni yanaşma: Testlər dəyişir, bacarıqlar önə çıxır KONKRET

Ali məktəbə qəbulda yeni yanaşma: Testlər dəyişir, bacarıqlar önə çıxır KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali təhsilə qəbul sistemində əsas məqsəd yalnız şagirdin nə qədər məlumat əzbərlədiyini deyil, həmin biliyi necə düşündüyünü, təhlil etdiyini və tətbiq edə bildiyini qiymətləndirmək olmalıdır. Müasir dövrdə, xüsusilə süni intellektin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir şəraitdə, sadəcə məlumatı yadda saxlamaq kifayət etmir. Əsas məsələ əldə olunan bilikdən düzgün istifadə etmək, problemlərə fərqli yanaşmaq və müstəqil qərar verməkdir.

Azərbaycanda ali təhsilə qəbul imtahanları da son illərdə bu istiqamətdə dəyişikliklərə məruz qalıb. Artıq qiymətləndirmə yalnız qapalı test tapşırıqları ilə məhdudlaşmır. Açıq tipli sualların tətbiqi, məntiqi düşünmə və təhlil bacarıqlarına diqqətin artırılması, eləcə də bəzi ixtisaslar üzrə qabiliyyət imtahanlarının keçirilməsi qəbul sisteminin inkişaf etdiyini göstərir.

Bəs ali təhsilə qəbul imtahanlarında əzbərçilikdən daha çox düşünmə və tətbiqetmə bacarıqlarına üstünlük verilməlidirmi? Mövcud sistem bu tələblərə nə dərəcədə cavab verir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Turan Hüseynov bildirib ki, qəbul imtahanlarında biliklə yanaşı, bacarıqların da qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.

“Ali təhsilə qəbul sistemində əsas məqsəd yalnız şagirdin nə qədər məlumat əzbərlədiyini deyil, həmin biliyi necə düşündüyünü, təhlil etdiyini və tətbiq edə bildiyini qiymətləndirmək olmalıdır. Lakin bu məsələyə yanaşarkən bir məqamı xüsusi vurğulamaq lazımdır: Azərbaycanda ali təhsilə qəbul imtahanları artıq əvvəlki illərdəki kimi yalnız qapalı test tapşırıqlarından ibarət deyil.

Son illərdə qəbul imtahanlarında tətbiq olunan dəyişikliklər göstərir ki, qiymətləndirmə sistemi biliklə yanaşı, bacarıqları da ölçməyə doğru inkişaf edir. Açıq tipli tapşırıqların tətbiqi, şagirdlərin məntiqi düşünmə, təhlil aparma, nəticə çıxarma və biliklərini tətbiq etmə bacarıqlarına daha çox diqqət yetirilməsi bu dəyişikliklərin mühüm göstəricilərindəndir”, – deyə ekspert qeyd edib.

“Əsas məsələ düşünmə prosesini ön plana çıxarmaqdır”

T.Hüseynovun sözlərinə görə, açıq tipli sualların əhəmiyyəti ondan ibarətdir ki, burada şagird yalnız hazır cavabı seçməklə kifayətlənmir. O, öz düşüncəsini ortaya qoymalı, məsələnin həll yolunu tapmalı və biliyini tətbiq etməlidir.

“Bu isə əzbərçilikdən daha çox düşünmə prosesini ön plana çıxarır. Şagirdin hər hansı məlumatı yadda saxlaması vacibdir, lakin həmin məlumatı hansı situasiyada və necə tətbiq edə bilməsi də bir o qədər əhəmiyyətlidir.

Digər mühüm məqam isə bəzi ixtisaslar üzrə təşkil olunan qabiliyyət imtahanlarıdır. Qabiliyyət imtahanları test üsulundan tamamilə fərqlənir. Çünki burada abituriyentin yalnız nəzəri biliyi deyil, konkret sahə üzrə xüsusi bacarığı, yaradıcılığı və praktik imkanları qiymətləndirilir. Bu da qəbul sisteminin bütün abituriyentlərə eyni ölçü ilə yanaşmaqdan daha geniş qiymətləndirmə modelinə keçdiyini göstərir”, – deyə o bildirib.

“Sadəcə məlumatı yadda saxlamaq kifayət etmir”

Ekspert hesab edir ki, qəbul sistemində bacarıq yönümlü qiymətləndirmənin inkişafı davam etdirilməlidir.

“Bununla belə, bu istiqamətdə inkişaf davam etməlidir. Çünki müasir dünyada, xüsusilə süni intellektin və rəqəmsal transformasiyanın sürətlə inkişaf etdiyi bir dövrdə, sadəcə məlumatı yadda saxlamaq kifayət etmir. Əsas məsələ həmin məlumatı düzgün təhlil etmək, real həyatda tətbiq etmək, problemə fərqli yanaşmaq və müstəqil qərar verməkdir.

Bu baxımdan, ali təhsilə qəbul sistemində bir neçə istiqamətə diqqət yetirmək məqsədəuyğun olardı”, – deyə T.Hüseynov vurğulayıb.

Qəbul sistemində hansı dəyişikliklərə ehtiyac var?

Ekspertin fikrincə, ali təhsilə qəbul imtahanlarında aşağıdakı istiqamətlərə diqqət artırılmalıdır:

Birincisi, açıq tipli və düşünmə tələb edən tapşırıqların payı mərhələli şəkildə artırıla bilər. Burada məqsəd sadəcə sualın formasını dəyişmək deyil, onun məzmununu da daha çox analitik düşünməyə yönəltməkdir.

İkincisi, real həyatdan götürülmüş problem situasiyalarına əsaslanan tapşırıqlara daha çox yer verilməlidir. Məsələn, abituriyentdən yalnız bir faktı xatırlamaq deyil, verilmiş məlumat əsasında nəticə çıxarmaq, müqayisə aparmaq və əsaslandırılmış qərar vermək tələb oluna bilər.

Üçüncüsü, yaradıcılıq və xüsusi qabiliyyət tələb edən ixtisaslarda praktik qiymətləndirmə imkanları genişləndirilməlidir. Bu baxımdan qabiliyyət imtahanlarının təcrübəsi mühüm əhəmiyyət daşıyır.

Dördüncüsü, qəbul sistemi ilə orta məktəbdəki tədris prosesi arasında daha sıx əlaqə yaradılmalıdır. Çünki qəbul imtahanında düşünmə, təhlil və tətbiq bacarıqları tələb olunursa, məktəbdə də şagirdə yalnız hazır məlumatı öyrətmək deyil, həmin biliyi tətbiq etmək imkanı verilməlidir.

“Test üsulunu tamamilə aradan qaldırmaq real deyil”

T.Hüseynov qeyd edib ki, qəbul imtahanlarında test üsulunun özünəməxsus üstünlükləri də var. Buna görə əsas məqsəd test sistemini tamamilə aradan qaldırmaq deyil, onu daha keyfiyyətli və bacarıq yönümlü tapşırıqlarla zənginləşdirmək olmalıdır.

“Bir məsələni də unutmamalıyıq: qəbul imtahanı həm də böyük sayda abituriyentin obyektiv, şəffaf və müqayisə edilə bilən şəkildə qiymətləndirilməsini təmin etməlidir. Buna görə də test üsulunu tamamilə aradan qaldırmaq deyil, onu daha keyfiyyətli və bacarıq yönümlü tapşırıqlarla zənginləşdirmək daha real və məqsədəuyğun yanaşmadır.

Nəticə olaraq, mən hesab edirəm ki, Azərbaycanda ali təhsilə qəbul sistemi artıq bu istiqamətdə mühüm dəyişikliklərə başlayıb. Açıq tipli tapşırıqların, düşünmə tələb edən sualların və qabiliyyət imtahanlarının tətbiqi bunu aydın göstərir.

Əsas məsələ isə bu prosesin ildən-ilə daha da təkmilləşdirilməsi, qəbul imtahanlarının yalnız bilik yox, həm də düşüncə, yaradıcılıq və tətbiqetmə bacarıqlarını daha dolğun qiymətləndirən sistemə çevrilməsidir”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Sentyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri