Icma.az
close
up
RU
Azərbaycan sabitlik zonası kimi önə çıxır

Azərbaycan sabitlik zonası kimi önə çıxır

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Biz bugünlərdə olduqca maraqlı bir prosesə şahidlik edirik. Belə ki, Məsud Pezeşkian və Abbas Araqçinin şəxsində İranın siyasi rəhbərliyi ötən gün Türkiyəyə, bu gün isə Azərbaycana təşəkkür etdi. İran Prezidenti Məsud Pezeşkian regionda davam edən müharibə fonunda tutduğu mövqeyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Eləcə də İranın xarici işlər naziri Abbas Araqçı iranlı vətəndaşların təxliyəsinə göstərilən dəstəyə görə bir sıra region dövlətlərinə minnətdarlığını ifadə edib və xüsusilə Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan və Əfqanıstan hökumətlərinin rolunu vurğulayıb. Onun sözlərinə görə, bu ölkələr logistika məsələlərində mühüm əməkdaşlıq göstərərək prosesin həyata keçirilməsinə ciddi töhfə veriblər.
Ancaq Abbas Araqçı region dövlətlərinin koordinasiyalı fəaliyyəti sayəsində İran vətəndaşlarının təhlükəsiz şəkildə daşınmasından danışsa da, müxtəlif ölkələrin İrandakı səfirliklərinin əməkdaşlarının Azərbaycan və digər həmsərhəd dövlətlər tərəfindən insidentsiz təxliyyə edilməsi barədə heçnə deməyib. Əslində, bu məsələyə görə Azərbaycan dövlətinə ayrıca təşəkkür edilməliydi. Çünki rəsmi Bakı hələ savaşın ilk günlərindən bir çox xarici ölkə diplomatlarının və mülki vətəndaşlarının İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyəsinin həyata keçirilməsi üçün müvafiq addımları atıb. Son 25 gün ərzində İsveçrənin İrandakı diplomatik nümayəndəliyinin əməkdaşlarından tutmuş Çin vətəndaşılarınadək onlarla xarici ölkənin nümayəndələri sərhədi keçərək, "Astara" dövlət sərhəd-buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.
Sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra həmin əcnəbilər təhlükəsiz şəkildə təyinat istiqamətlərinə, öz ölkələrinə yola salınırlar. İndiyə qədər İrandan Azərbaycana 70-dən çox xarici ölkənin 2 500-dən çox diplomat və vətəndaşları təxliyə olunub. Bir çox əcnəbilər məhz Azərbaycanın vasitəsilə İrandan təxliyyə olunmağa üstünlük verirlər. İsveçrənin İrandakı səfiri Olivier Bangerter və səfirliyin altı əməkdaşının bugünlərdə məhz Azərbaycan vasitəsilə təxliyə olunmağa qərar verməsi də bu faktı təsdiqləyir. Səfir O.Bangerter jurnalistlərə açıqlamasında deyib ki, biz Azərbaycana gəlməyi seçdik. Çünki Azərbaycan tərəfi tam təhlükəsiz keçid şəraiti yaradıb. Azərbaycanlı sərhədçilərin xarici vətəndaşların və diplomatların sürətli təxliyəsi üçün nümayiş etdirdikləri peşəkarlıq və qayğıkeşlik həqiqətən də təqdirə layiqdir.
Azərbaycanın həm xaricilərin təxliyəsi məsələsində göstərdiyi diqqət və həssaslıq, həm də İrana humanitar yardımlar göndərməsi humanizm və yaxın qonşuluğun təzahürüdür. Azərbaycan dövləti molla rejimindən fərqli olaraq əsl qonşuluq nümunəsi göstərir. Biz 44 günlük İkinci Qarabağ müharibəsi zamanı İranın həmsərhəd ərazilərini heç bir hərbi riskə məruz qoymamışdıq. Lakin bu yaxınlarda İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarının baş verməsi isə cənub qonşumuzun fərqli mövqe sərgilədiyini ortaya qoyur. Əlbəttə, Azərbaycan tərəfi bu insidentin real hərbi qarşıdurmaya çevrilməsinə imkan vermədi. Lakin Azərbaycan Ordusunun istənilən ssenarilərə hazır olduğu heç kimə sirr deyil. Sadəcə olaraq ölkəmiz hazırkı mərhələdə neytrallıq və müdaxilə etməmək siyasətinə üstünlük verir.
Şimal və cənub qonşularımızın aktiv müharibə fazasından keçdikləri kritik bir dönəmdə rəsmi Bakı maksimum təmkinli davranır. İndi Azərbaycan sabitlik zonası kimi önə çıxır. Bölgənin "qaynar qazan"a çevrilməsi fonunda, bu, ən düzgün seçimdir. Ümid edirik ki, İran tərəfi də Naxçıvana dron hücumları ilə bağlı araşdırmanın obyektiv tamamlanması istiqamətində gözləntilərimizi düzgün dəyərləndirəcək. Hazırkı müharibənin hansı nəticələrlə yekunlaşacağından asılı olmayaraq İran bundan sonra yaxşı qonşu olmaq yolunu seçməlidir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Mart 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see981

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see447

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see349

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see268

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see256

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see254

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see246

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see235

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see225

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see191

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see180

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri