Icma.az
close
up
RU
Ali rəhbərliklə prezident arasında fikir savaşı: Zəngəzur dəhlizi İranın yuxularını qarışdırıb ŞƏRH

Ali rəhbərliklə prezident arasında fikir savaşı: Zəngəzur dəhlizi İranın yuxularını qarışdırıb ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Turan Rzayev: “İran nə hərbi müdaxilə edəcək, nə də real addım atacaq”


İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasını bölgədəki ölkələrin ərazi bütövlüyünə zərər vermədiyi təqdirdə dəstəkləyir. O vurğulayıb ki, marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqələrini təmin edir və Avropa ilə şimal arasında tranzitə mane olmur.


Lakin son günlər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi kanallarında Qafqaz regionu ilə bağlı hərbi təhdid xarakterli mesajlar yayıb. Paylaşımlarda İran və Rusiya əsgərlərinin təsviri fonunda Ermənistan xəritəsi, Zəngəzur dəhlizi və regiondakı strateji nəqliyyat xətləri əks olunub. Bu mesajlar, Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanan tarixi üçtərəfli bəyanata birbaşa cavab kimi qiymətləndirilir və Tehranın bölgəyə Rusiya ilə birlikdə müdaxilə edəcəyi xəbərdarlığı kimi şərh olunur.


İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti isə avqustun 8-də keçirilən Vaşinqton görüşündə imzalanmış Birgə Bəyannamə ilə bağlı sərt mövqeyini açıqlayıb. O, Zəngəzur dəhlizinin "Tramp marşrutu" kimi açılmasının İranın maraqlarına zidd olduğunu iddia edib və ərazinin ABŞ-ın icarəsində ola bilməyəcəyini vurğulayıb.

Vilayəti bildirib:

“Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biridir və bu dəhliz Trampa məxsus tranzit marşrutu deyil, onun muzdluları üçün qəbiristanlığa çevriləcək.”

Təsadüfi deyil ki, İranın bu açıqlamaları regionda gərginliyi artırmağa hesablanıb. Azərbaycan, Ermənistan və ABŞ liderlərinin bölgədə sülh və əməkdaşlığı gücləndirmək məqsədilə imzaladığı Bəyannamənin Tehran tərəfindən bu cür qarşılanması, regionda yeni siyasi və təhlükəsizlik təlatümlərinin yaranacağı ilə bağlı narahatlıqları artırır.


Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, İran tərəfindən belə reaksiyaların verilməsi gözlənilən idi və heç bir təəccüb yaratmadı:

"İranda ali rəhbərlik və onun ətrafındakı komanda ilə prezident arasında fikir fərqləri mövcuddur. Bu, onların bəyanatlarında da açıq şəkildə görünür. Faktiki olaraq, hər ölkə Vaşinqton görüşünü öz maraqları çərçivəsində şərh edir və daxili auditoriyaya bu istiqamətdə reaksiyalar ötürür. İranda isə mövcud rejim bu prosesi milli maraqlara təhdid kimi qiymətləndirir. Halbuki, irəli sürdükləri arqumentlər olduqca absurddur. Zəngəzur dəhlizinin açılması Azərbaycanın təkbaşına verdiyi qərar deyil. Burada Bakının təklifləri nəzərə alınsa da, imza atan tərəflər yalnız Azərbaycan deyil, eyni zamanda ABŞ və Ermənistan da olub. İran isə məsələni İsrail kontekstinə bağlayır. Halbuki İsrail bu ərazidən kifayət qədər uzaqda yerləşir. Əgər Tehran bu qədər narahat idisə, proseslərdə özü də vasitəçi ola bilərdi. Amma bunun əvəzində indiyə qədər “sərhədlərin dəyişməzliyi” prinsipi və “qırmızı xətt” yanaşması kimi əsassız mövqelərlə çıxış etdi ki, bu da nəticə etibarilə məntiqsiz idi. Nəticədə ABŞ vasitəsilə Zəngəzur dəhlizi məsələsi gündəmə gəldi ki, bu da Azərbaycan üçün məqbul variantdır. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, region problemlərini region ölkələri həll etməlidir. Amma nə İran, nə də Rusiya bu məsələdə konstruktiv mövqe sərgilədi, heç bir həll iradəsi ortaya qoymadı. Nəticədə, regionun problemi regiondan kənarda həll edildi. Əgər burada “günahkar” axtarılırsa, ilk növbədə Rusiya və İran məsuliyyət daşıyır".


Analitikin fikrincə, Tehranın yanaşması ənənəvi mövqedən kənara çıxmır və praktik baxımdan real nəticə vermək imkanları demək olar ki, yoxdur:

"Bu qədər sərt bəyanatlara baxmayaraq, İran nə hərbi müdaxilə edəcək, nə də real addım atacaq. Digər tərəfdən bu, Ermənistan ərazisində baş verən prosesdir. Onu Bakı ilə əlaqələndirmək və məsuliyyəti Azərbaycanın üzərinə atmaq doğru deyil. Fakt odur ki, Ermənistan buna razılıq verib və beynəlxalq hüquqla tanınan ərazisində belə bir layihənin reallaşmasına imkan yaradıb. Bu məsələdə İrana söz düşmür. Tehranın mövqeyi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər. Üstəlik, bu yanaşma təkcə Azərbaycan və Ermənistanla münasibətlərə təsir göstərmir, həm də İran üçün əməkdaşlıq baxımından əhəmiyyətli imkanlar yarada bilər. Xüsusilə Ermənistanın bir müddətdir reallaşdırmağa çalışdığı, Gürcüstan üzərindən Avropaya çıxışı təmin edəcək dəhliz məsələsi də bu kontekstdə həllini tapa bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Avqust 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri