Icma.az
close
up
RU
Ali və orta ixtisas təhsilində tədrisin təşkili, cari vəziyyət və yeni çağırışlar müzakirə edildi FOTO

Ali və orta ixtisas təhsilində tədrisin təşkili, cari vəziyyət və yeni çağırışlar müzakirə edildi FOTO

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar", eləcə də "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" mövzularında tədbir keçirilib.

Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası”nda ali təhsildə əlçatanlığın artırılmasının əsas hədəflərdən biri olduğunu nəzərə çatdırıb. Birgə səylər nəticəsində bu hədəfə çatacaqlarına ümid edən Mətin Kərimli qeyd edib ki, artıq ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul olan hər iki nəfərdən biri dövlət hesabına təhsil alır.

Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində tutduğu yerlərin getdikcə yüksəldiyini nəzərə çatdıran Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsi ilə bağlı yeni islahatları xüsusi vurğulayıb. Əminağa Sadıqovun sözlərinə görə, son illərin araşdırmaları göstərir ki, elmi tədqiqatların universitetlərdə həyata keçirilməsi daha uğurludur.

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxışında ali təhsildə elmi fəaliyyətin və tədrisin yeni çağırışlar əsasında təşkili məqsədilə keçirilən müzakirələrin bu istiqamət üzrə siyasətin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığını söyləyib. Turxan Süleyman ali təhsil pilləsinə, xüsusilə də doktoranturaya tələbə qəbulunda effektiv planlaşdırılmanın aparılmasının zəruri olduğunu bildirib.

Tədbirin birinci hissəsinin yekununda Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Nüşabə Məmmədbəyova “Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları”, digər əməkdaş Emil Səlimov isə “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin ikinci hissəsində "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" mövzusunda müzakirələr aparılıb.

Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman hazırda orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması istiqamətində tədbirlərin aparıldığını iştirakçıların diqqətinə çatdırıb, eyni zamanda subbakalavr dərəcəsi almış şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Vüsalə Qurbanova “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” haqqında təqdimatla çıxış edib.

Tədbir çərçivəsində orta ixtisas təhsili pilləsində tədrisin təşkili ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Ardınca pedaqoji ixtisaslar üzrə kadr hazırlığı aparan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə təcrübənin təşkilinə dair panel müzakirə təşkil edilib. Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, universitetlər yeni təcrübə modelinə dair təkliflərini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see250

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see243

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see238

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see181

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see173

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see152

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see143

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see120

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see120

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri