Icma.az
close
up
RU
“Alim Qasımov nə edirsə, düz edir” Eks deputatdan dueti qınayanlara cavab

“Alim Qasımov nə edirsə, düz edir” Eks deputatdan dueti qınayanlara cavab

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Eks-deputat Etibar Əliyev Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə duet oxumasına münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, Etibar Əliyev sosial media hesabında Alim Qasımovun uzun illərdir pərəstişkarı olduğunu qeyd edərək, sənətkarın yaradıcılıq seçimlərinin tənqid edilməsini doğru saymayıb:

“Alim Qasımovu Üzeyir Mehdizadə ilə duet oxuduğuna görə qınayırlar. Ötən əsrin 80-ci illərindən Alim Qasımovun pərəstişkarıyam. Düşüncəmə görə, bu böyük sənətkar nə edirsə, düz edir. Onun susmağı da nəğmədir. Üzeyir bəstəkar, müğənni və meyxanaçıdır. Heç kim onun istedadını inkar etmir. pizza sifarişi

İndi gəlin “kədərli” göstəricilərə baxaq. Üzeyirin oxuduğu bir popurini 25 milyon, Alim Qasımovun “Şahnaz təsnifi”ni isə 512 min insan izləyib.

Damlanın bir popurini 50 milyon, Flora Kərimovanın “Eşqimə şahid zaman” şedevrini isə 302 min nəfər izləyib. Flora Kərimova Damla ilə duet oxusa, nə baş verər?”

E.Əliyev bildirib ki, detektiv və bayağı romanlar ciddi və düşündürücü romanlardan qat-qat çox oxunulur”

“Reallıq öz-özünə yaranmır. Onun müəllifi cəmiyyətdir. Ədəbiyyat və poeziya da belədir. Detektiv və bayağı romanlar ciddi və düşündürücü romanlardan qat-qat çox oxunulur. Sosial şəbəkələr də həmçinin.

Dahi İosif Brodski (1940-1996) yaşadığı dövrü necə gözəl təsvir edib: “Mən yazmağa başlayanda ədəbiyyat yüzə yaxın müəllifi əhatə edirdi. İndi kitab dükanına girmək, solist və qrup albomları ilə zəngin val-plastinka dükanına girməyə bənzəyir. Bütün bu albomlardakı qruplar və solistləri dinləmək mümkün deyil, çünki buna heç ömür də bəs etməz. Həm də ona görə ki, onların əsas üslubu səs-küydür. Bütün bunlar müasir ədəbiyyata da aiddir. Onun didaktik səs-küyü bu səs-küydən fərqlənmir.

Alim Qasımovun niyyəti bəlkə də səs-küyü bir qədər yavaşıtmağa xidmət edir? Hər halda bunu özü yaxşı bilər!”

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Sentyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri