Icma.az
close
up
RU
Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Aliment fondu ümumiyyətlə, ölkə daxilindəki uşaqları qorumaq üçün yaradılır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli Milli Məclisin deputatı Siyaviş Novruzovun "aliment fondu yaratsaq, pullar azərbaycanlıların xaricdəki uşaqlarına gedəcək" fikirlərinə aydınlıq gətirərkən deyib. 

Ekspertin sözlərinə görə, Siyavuş Novruzovun mövqeyi məntiqli görünsə də, arqumentdə bir neçə problemli məqam var:

"Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşı olan uşağın atası xaricdədirsə və aliment ödəmirsə, dövlət həmin uşağa alment ödəyir. Və sonra bu məbləği atadan və ya anadan tələb edir. Bu beynəlxalq təcrübədir".

Akif Nəsirli Siyavuş Novruzovun bu fikirlərini qərəzli hesab edir:

"Novruzovun narahatlığı başa düşüləndir, amma doğru deyil. O, elə bir ssenarini ön plana çəkir ki, sanki fond yaradılıb, artıq fondun vəsaiti əsasən xarici ölkədə olan azərbaycanlı ataların uşaqlarına gedib və bunun qarşısını almaq lazımdır. Amma bu, fondun mahiyyətini təhrif edir. Fond xaricdəki uşaqlara yox, Azərbaycanda yaşayan uşaqlara xidmət edir. Atanın xaricdə olması isə ayrı məsələdir, bu halda hüquqi mexanizmlər vasitəsilə ödəniş tələb olunur".


Akif Nəsirli əlavə edib ki, atanın harada olmasından asılı olmayaraq, əgər uşaq Azərbaycanda doğulub və burada yaşayırsa, dövlətin onu qoruması öhdəlikdir:

"Lakin həm ana, həm ata, həm də uşaq xaricdədirsə, bu artıq Azərbaycanın yox, həmin ölkənin məsələsidir".

Qeyd edək ki, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanda yaradılacaq Aliment fondundan danışıb: "Bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaq gəlib. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar. Və biz də gələcəkdə fikirləşirik ki, ölkəmizdə Sliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək".

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 May 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri