Icma.az
close
up
RU
Aliment Fondu yaradılsa, boşanmalar artacaq Ekspert uşaq pulunun bərpasını TƏKLİF ETDİ

Aliment Fondu yaradılsa, boşanmalar artacaq Ekspert uşaq pulunun bərpasını TƏKLİF ETDİ

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Boşanma prosesində ən çox düşünülən və narahatlıq yaradan məsələlərdən biri uşaqların rifahı və gələcəyidir. Buna görə uşaq kimdə qalırsa, digər tərəf müəyyən yaşa qədər uşağa görə pul, yəni aliment ödəməli olur. Amma bir gerçəklik də var ki, bəzi valideynləri uşaqlar maraqlandırmır, yaxud işsizlik səbəbindən bu pulu ya ödəmir, ya da gecikdirir. Buna görə də neçə ildir ki, Azərbaycanda "Aliment Fondu"nun yaradılması ilə bağlı təkliflər olunur. 

Bəs bu fondun yaradılması nə dərəcədə vacibdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, adıçəkilən prosesin həm müsbət, həm də mənfi tərəfləri ola bilər:

"Bu, bir tərəfdən yaxşıdır. Uşaqların xərclərinin qarşılanmasında problemlər olmayacaq. Amma bir tərəfdən də pisdir ki, "Aliment Fondu" ailələri boşanmağa bir az da sövq eləyəcək. Çünki indi aliment ala bilməmək ehtimalına görə boşanmasını təxirə salan, boşanmaq barədə düşünməyən tərəflər "Aliment Fondu"nun mövcudluğundan istifadə edərək daha rahat qərar verəcəklər. Düzdür, "Aliment Fondu" ilə alimenti ödəmək məcburiyyətində olan ataların və yaxud da tərəflərin büdcəsi hesabına formalaşacaq. Amma dövlət də bura pul ayırmaq məcburiyyətində qalacaq. Çünki alimenti verə bilməyən və yaxud da ölkədən gedən, aliment verə bilmədiyinə görə həbsə düşən adamın ödəyəcəyi pulu dövlət büdcəsindən ödəməli olacaqlar. Ona görə zənnimcə ailələrə bir faydası olmayacaq". 

Sosioloqun sözlərinə görə, uşaq pulunun bərpası məsələsi gündəmə gəlməlidir.

""Aliment Fondu" yaratmanın yerinə uşaq pulunun bərpasını həyata keçirə bilərlər. Həm ailələrin alimentə olan ümidləri doğrulmamış olar. Yəni alimentə arxayın olub boşanma barədə düşünənlər var ki, üç uşağım var, hər uşağa görə 250-300 manat aliment alsam, ayda 900-1000 manat pul eləyir, bununla yaşayaram. O alimenti bir ay alır, beş ay ala bilmir. Ona görə də ümidləri doğrulmur. Amma hər uşağa uşaq pulu təyin edilsə, həm boşanma sayında da azalma olar, həm də ümumilikdə uşaqların dövlət tərəfindən müdafiəsi həyata keçirilmiş olar. Ona görə zənn edirəm ki, "Aliment Fondu" yerinə uşaq pulu məsələsi gündəmə gəlməlidir. Əgər "Aliment Fondu" yaradılacaqsa, bunun mexanizmi də elə işlənməlidir ki, nə şiş yansın, nə kabab", - deyə Lalə Mehralı bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri