Icma.az
close
up
RU
Aliment fondu nədir, necə fəaliyyət göstərir, Azərbaycanda yaradıla bilərmi? AÇIQLAMA

Aliment fondu nədir, necə fəaliyyət göstərir, Azərbaycanda yaradıla bilərmi? AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 36651 nikah, 15964 boşanma qeydə alınıb, 1000 nəfərə 4,8 nikah, 2,1 boşanma düşüb. Təbii ki, boşanmalardan həm mənəvi, həm də maddi zərər çəkən əsas tərəf uşaqlar olur. Onlar mənəvi travmalar almaqla yanaşı, bəzi səbəblərdən maddi sıxıntılar çəkməyə məcbur olurlar. Belə ki, bəzən valideynlər müxtəlif bəhanələr gətirməklə alimentlərdən yayınırlar. Belə olan halda alimentin alınması mümkün olmur və övladını tək böyüdən valideyn üçün çətinlik yaranır. 

Xarici təcrübələrdə aliment fondunun olduğunu nəzərə alsaq, ölkəmizdə də bu tətbiq oluna bilərmi? Ümumiyyətlə, aliment fondunda proses necə baş verir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan universiteti “Sosial işin təşkili” kafedrasının müdiri Nigar Şahhüseynbəyova bildirib ki, aliment fondunun yaradılması Azərbaycanda tək valideynlər üçün əhəmiyyətli bir dəstək mexanizmi ola bilər.

Onun sözlərinə görə, xarici təcrübələr göstərir ki, belə fondlar ödəyicinin aliment ödənişindən boyun qaçırdığı, xaricə getdiyi, əmək fəaliyyəti ilə məşğul olmadığı və ya vəfat etdiyi hallarda, aliment almaq hüququ olan şəxslərə maliyyə təminatı verir:

"Almaniya və İsveç kimi ölkələrdə aliment fondları bu cür hallarda valideynlərin yükünü azaldır və övladların maddi ehtiyaclarını təmin edir. Azərbaycanda bu praktikanın tətbiqi müvafiq hüquqi və maliyyə mexanizmlərinin yaradılmasını tələb edir. Dövlət bu istiqamətdə addımlar atarsa, aliment fondu, xüsusilə həssas qrupların sosial müdafiəsində mühüm rol oynaya bilər".

N.Şahhüseynbəyova prosesin necə baş verdiyini izah edib:

"Aliment almaq hüququ olan valideyn müraciət edərək ödəyicinin borcu ödəmədiyini təsdiqləyən sənədləri təqdim edir. Fond borcun mövcudluğunu yoxlayır və təsdiqləyir. Fond ödəməni həyata keçirir və eyni zamanda ödəyicidən borcun tutulmasını təşkil edir. Ödənişlərdən sonra fond ödəyicidən məbləği tutmaq üçün hüquqi mexanizmlərdən istifadə edir.Fondun büdcəsi isə bir neçə mənbədən maliyyələşir. Buraya xüsusi vergilər və ödənişlər, dövlət büdcəsi və aliment borclularından tutulan məbləğlər daxildir. Tam xərcləri yalnız dövlətin qarşılaması mümkün olmadığından, kombinə olunmuş maliyyələşmə modeli tətbiq olunur. Skandinaviya kimi ölkələrdə məbləğin yığılmasında sosial sığorta fondları da iştirak edir".


Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri