Icma.az
close
up
RU
Aliment müharibəsi Uşaqlar niyə intiqam vasitəsinə çevrilir?

Aliment müharibəsi Uşaqlar niyə intiqam vasitəsinə çevrilir?

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Boşanma prosesi təkcə həyat yoldaşları arasında münasibətlərin bitməsi ilə yekunlaşmır. Əksər hallarda tərəflər arasında ən ciddi mübahisələrdən biri aliment məsələsi olur. Bəzən valideynlər şəxsi inciklik və qarşıdurmaları övladların maraqlarından üstün tutaraq alimenti təzyiq və ya intiqam vasitəsinə çevirirlər. 
Demokrat.az-a məsələ ilə bağlı açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, ailə mübahisələrində və boşanma prosesində uşaqların vasitəyə və ya obyektə çevrilməsi yolverilməzdir:
"Dövlət belə hallara həm sosial, həm iqtisadi, həm də hüquqi baxımdan daha fəal müdaxilə etməlidir. Aydındır ki, övladlar həm ananın, həm də atanın varisləridir. Son nəticədə əmlak bölgüsündə onların da müəyyən hüquqları mövcuddur və gələcəkdə valideynlərdən miras almaq hüququna malikdirlər. Əmlak bölgüsü isə qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.
Təəssüf ki, bir çox boşanmaların əsas səbəblərindən biri aliment və əmlak bölgüsü ilə bağlı mübahisələr olur. Burada iqtisadi motivlər mühüm rol oynayır. Necə ki, bəzən insanlar daha imkanlı və varlı ailə ilə qohum olmağa üstünlük verirlər, eyni iqtisadi motivlər sonradan ailədaxili münasibətlərdə və boşanma prosesində də özünü göstərir. Bəzən gözləntilər doğrulur, bəzən isə tam əksinə olur. Nəticədə münasibətlər əvvəlcədən hesablanmış maraqlar üzərində qurulduqda müəyyən mərhələdən sonra ciddi problemlər yaranır. Bu isə bəzən azadlıq, gender bərabərliyi və ya müasir düşüncə kimi təqdim edilir. Əslində isə ailə münasibətlərində boşanma motivi arxa plana keçməlidir. Ailə qurulmalı, qorunmalı, saxlanılmalı və rifaha doğru inkişaf etməlidir. Tərəflər bir-birinin qayğılarını, problemlərini və çətinliklərini birlikdə həll edir, bir-birinə dəstək olurlarsa, bu, sağlam və sədaqətli ailənin göstəricisidir. Əgər tərəflər bir-biri ilə hesablaşmır, hər xırda məsələ mübahisəyə çevrilirsə, psixoloji, sosial, fiziki, mənəvi, mədəni və ailə dəyərləri baxımından bir-birini tamamlamaq istəyi yoxdursa, bu zaman ciddi problemlərin yaranması qaçılmaz olur. Tərəflər qısa müddət ərzində ortaq məxrəcə gələ bilmədiklərini anlayırlar. Belə hallarda tərəflərdən biri haqlı ola bilər, bəzən isə hər iki tərəf müəyyən mənada haqlı görünə bilər. Çünki boşanma adətən o zaman baş verir ki, tərəflərin heç biri güzəştə getmək istəmir və hər ikisi ayrılmağa daha çox meyilli olur. Bəzən burada qürur amili ön plana çıxır. Halbuki ailə münasibətlərində əsas məsələ qürur deyil, qarşılıqlı anlaşma və məsuliyyətdir. Hər iki tərəf öz yerini, qarşı tərəfin mövqeyini və şəxsiyyətini düzgün qiymətləndirməli, adekvat addımlar atmalıdır. Əks halda ailəni qorumaq çətinləşir”.
Sosioloq qeyd edib ki, sədaqət olmadıqda, münasibətlər düzgün tənzimlənmədikdə, təkcə xəyanət deyil, həm də psixoloji bağlılıq, qarşılıqlı hörmət, empatiya və bir-birinə dəyər vermək hissi itirildikdə artıq tərəfləri birləşdirəcək əsas bağlar zəifləyir:
"Nəticədə onlar bir-birinə həyat yoldaşı kimi deyil, potensial rəqib və ya düşmən kimi yanaşmağa başlayırlar. İntiqam almaq, qarşı tərəfi alçaltmaq, davamlı mübahisə və konflikt ailə münasibətlərinin adi halına çevrilir. Müasir informasiya mühitində qarşılıqlı ittihamlar və puça çıxan gözləntilər bu prosesi daha da dərinləşdirir. Belə şəraitdə aliment mübahisələri xüsusi aktuallıq qazanır.

Ümumiyyətlə, aliment, uşaq pulu və digər iqtisadi məsələlər ətrafında yaranan mübahisələr cəmiyyət üçün xarakterik hallardan biridir. Bu, müəyyən mənada ölkədə ailələrin üzləşdiyi iqtisadi çətinlikləri də göstərir. İqtisadi imkanların məhdudluğu, məşğulluq problemləri və digər sosial-iqtisadi çətinliklər ailələrin zəifləməsinə, uşaqların sayının azalmasına, bəzən isə onların aliment mübahisələrinin predmetinə çevrilməsinə səbəb olan amillərdəndir. Valideynlər bütün bunları nəzərə almalı, ilk növbədə öz məsuliyyətlərini dərk etməli və ayaq üstə durmağı bacarmalıdırlar. Ola bilər ki, dövlət obyektiv və subyektiv səbəblərdən bütün problemləri tam həll edə bilmir. Bununla belə, müxtəlif sosial müavinətlər və dəstək mexanizmləri mövcuddur və tətbiq edilir.

Təbii ki, bəzi yerlərdə bürokratik maneələr və digər çətinliklər də müşahidə olunur. Buna görə də ailələrə sosial dəstəyin tam ideal səviyyədə olduğunu söyləmək mümkün deyil. Lakin bütün bu problemlər boşanmağa, aliment mübahisələrini dərinləşdirməyə və ya ailə dəyərlərini tapdalamağa əsas verməməlidir. İnsanlar çalışmalıdırlar ki, ailəni qorusun, möhkəmləndirsin və ailə dəyərlərini sonadək yaşatsınlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 İyul 2026 01:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri