Icma.az
close
up
RU
Sentyabr stressi başlayıb: Məktəb uşaqlar üçün “dəhşət”ə çevrilir

Sentyabr stressi başlayıb: Məktəb uşaqlar üçün “dəhşət”ə çevrilir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Psixoloq: “Avropada uşaqlar məktəbə məsuliyyətlə gedir, bizdə isə məktəbi azadlığın sonu kimi görür”

Uşaqlar birinci sinfə gedərkən həyəcan, qorxu və digər bir çox fərqli emosiyalar yaşaya bilərlər. Bütün bu emosiyalar tamamilə normaldır. Həyəcan yeni mühitə və sinif yoldaşları ilə tanışlığa bağlıdır. Qorxu çox vaxt valideynlərdən ayrılma və çətinliklər qarşısında narahatlıqdan qaynaqlanır. Sevinc isə öyrənməyə maraq, dost qazanmaq istəyi və özünü “böyük” hiss etməkdən irəli gəlir. Valideyn və müəllimlərin dəstəyi uşağın bu qarışıq hisslərinin balanslaşdırılması və məktəbi daha tez sevməsinə kömək edir.


Bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova səsləndirib. O bildirib ki, psixoloji baxımdan məktəbə getməzdən əvvəl uşağın müəyyən sosial təcrübələrə sahib olması çox vacibdir. Onu üç əsas bloka bölmək olar. İlk növbədə uşaq qrup daxilində ünsiyyət bacarıqları qazanmalıdır. Bu, ya uşaq bağçasında, ya da müxtəlif oyun qruplarında digər uşaqlarla oynamaq, oyuncaqlarla bölüşmək, qaydalara əməl etmək kimi vərdişlərlə formalaşır. İkinci mühüm təcrübə uşağın emosiyaları idarə etməsidir. Belə ki, uşaq başqalarının hisslərini nəzərə almağı, növbəsini gözləməyi, sözlərini kəsməməyi və münaqişələr zamanı aqressiv reaksiya verməməyi öyrənməlidir. Bu normalar evdə qoyulan qaydalar vasitəsilə asanlıqla aşılanır. Üçüncü istiqamət isə sərbəstlik bacarıqlarıdır. Uşağın öz paltarını geyinməsi, çantasını hazırlaması və müəllimdən kömək istəməyi bacarması məktəb həyatını daha rahat edir. Bu bacarıqlar uşaqda özünə inamı artırır və məktəbə adaptasiya prosesini daha sağlam edir. “Uşaq yaşıdları ilə müqayisə edildikdə, onun motivasiyası güclənmir, əksər hallarda bu, istənilən nəticəni vermir. Çünki həmyaşıdları ilə müqayisə uşağın motivasiyasını və özünəinamını aşağı salır. O, özünün qəbul olunmadığını hiss edir, öyrənməyə və ünsiyyətə marağını itirir. Bəzi uşaqlarda rəqabət hissi ola bilər, lakin bu, istisnadır. Psixoloji cəhətdən düzgün yanaşma uşağı yalnız özü ilə müqayisə etməkdir. Dərs zamanı diqqəti tez yayınan uşaqlarla işləməyin isə ilk addımı onların diqqət imkanlarının nəzərə alınmasıdır. Belə uşaqlar uzun müddət eyni fəaliyyətə fokuslana bilmirlər. Burada sistemli yanaşma lazımdır. Uşağın diqqət resursunu nəzərə almaq vacibdir. Buna görə də, tapşırıqları daha kiçik hissələrə bölmək, tez-tez qısa fasilələr vermək faydalıdır. Məsələn, onları 5-10 dəqiqəlik mərhələlərlə təqdim etmək uşaq üçün daha əlçatan olur. Bundan əlavə, interaktiv metodlardan istifadə uşaqların dərslərə marağını artırır. Şəkillər, qısa videolar, rəngli kartlar və ya qrup tapşırıqları kimi vasitələrdən istifadə etdikdə uşaq mövzuya daha çox fokuslana bilir. Bu yanaşma həm dərsin monotonluğunu azaldır, həm də uşağın marağını canlı saxlayır. Digər mühüm istiqamət emosional mühit və motivasiyadır. Uşağı daim tənqid etmək əvəzinə, kiçik nailiyyətlərini vurğulamaq onun özünəinamını artırır. Eyni zamanda, gündəlik rejimin qurulması tövsiyə olunur. Bu, onun beynində “indi dərs vaxtıdır, indi isə oyun” kimi aydın siqnallar yaradır və diqqəti toplamağı asanlaşdırır. Qeyd etmək lazımdır ki, diqqət məşqləri və oyunlardan istifadə etmək çox faydalıdır. Məsələn, iki şəkil arasında fərqlərin tapılması, tapmacalar və ya qısa yaddaş oyunları uşağın diqqətini inkişaf etdirir”,- deyə psixoloq əlavə edib.


İlahə Dadaşova valideynlərin yüksək gözləntilərinin uşağa zərər verə biləcəyindən danışıb: “Yüksək standartlara uyğunlaşmağa çalışan uşaq “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi ilə yaşayır. Bu, xroniki stress, qorxu və motivasiyanın itməsinə səbəb olur. “Sən bunu bacarmalısan” təzyiqi əvəzinə “Sənin bacarığına inanıram” uşağın həm psixoloji sağlamlığını qoruyur, həm də motivasiyasını gücləndirir. Bu yanaşma uşağın psixikasını qoruyur və onu həqiqətən də motivasiya edir”.

O qeyd edib ki, ev tapşırıqlarını müstəqil yerinə yetirməkdə çətinlik çəkən uşaqlara dəstək mərhələli öyrətmə prinsipi əsasında tətbiq olunur. Yəni uşaqdan birdən-birə tam müstəqillik gözləmək əvəzinə, əvvəlcə ona istiqamətlər göstərilir. Sonra isə tədricən dəstəyi azaldaraq, uşağın özünün işləməsinə şərait yaradılır. Bu yanaşma uşağın həm məsuliyyət, həm də özünəinam hissini gücləndirir. “Paralel olaraq, həvəsləndirici mühit yaradılmalıdır. Belə ki, uşağın hər kiçik addımını belə dəyərləndirmək – “bu hissəni çox yaxşı etdin, indi növbəti mərhələni də sınayaq” kimi ifadələrlə onu təşviq etmək faydalıdır. Bu yanaşma uşağa “bacarıram” hissini verir və tapşırıqdan qaçmaq əvəzinə cəhd göstərməsini təmin edir. Eyni zamanda, uşağa seçim hüququ verin. “Hansı fəndən başlayaq?” və ya “Hansı qələmi seçəcəksən?” cümlələri onun müstəqillik və öz seçiminə görə məsuliyyət hissini inkişaf etdirir. Ən əsası, uşaqların öyrənmə prosesində göstərdikləri səylərini qiymətləndirmək lazımdır. Bu halda gec-tez istənilən nəticə əldə olunacaq”, - deyə o vurğulayıb.


Məktəbə gedəndə ağlayan, uyğunlaşa bilməyən uşaqlarla bağlı onların mərkəzinə xeyli müraciətlərin olduğunu deyən psixoloq Narınc Rüstəmova isə “Şərq”ə bildirib ki, məktəbə gedən uşağın psixoloji hazırlığı, sosiallaşması, sosial sferası da normal olmalıdır ki, uşaq məktəbə adaptasiya ola bilsin: 

"Çox zaman valideynlər uşaqları bizim yanımıza hadisə baş verdikdən sonra gətirirlər. Amma uşaqları məktəbə hazırlamaq üçün 4 yaş yarımından, 5 yaşdan sonra, məktəbə hazırlıq qruplarına aparmaqla yanaşı, həm də psixoloq yanına da gətirilməlidir. Özgüvəni aşağı, stresə davamsız uşaqlar cəmiyyət içərisində adaptasiya ola bilmir. Məktəbdə hər ailədən gələn, müxtəlif psixologiyalı 20-25 uşaq var. Biz onlara deyə bilmərik ki, bu, aqressivdir, münasibətlərində müəyyən narahatlıqlar var. Müəllim kimisə qabaqda oturda bilər, kimdənsə dərs tələb edə bilər. Amma özgüvənsiz uşaq bunlardan təsirlənir və artıq uşaq məktəbə getmək istəmir, ağlayır".

Avropa ölkələrində uşaqların yetişəndən, məsuliyyətlərini dərk edəndən sonra birinci sinfə yazıldığını deyən N.Rüstəmovanın sözlərinə görə, bizdə valideynlər tələsirlər. Halbuki hər şey uşaqların yaşına uyğun olanda daha yaxşıdır: “Valideyn bilməlidir ki, onun uşağı savadlı ola bilər, amma bu o demək deyil ki, uşağın psixoloji durumu da tam hazırdır. Oxumaq hələ hər şey demək deyil. Analar uşaqlarının sosiallaşması üçün bağçaya qoymalı, uşaqlarla daha çox zaman keçirməsinə şərait yaratmalıdır. Yanaşı olaraq, onu məktəbə həvəsləndirməli, məktəblə bağlı xoş xatirələrini danışmalıdır. Onun sevdiyi maraqlı bəzəkli dəftərlər, çantalar alıb, həvəsləndirməlidir".


Psixoloqun sözlərinə görə, çox zaman valideynlər məktəblə bağlı uşaqları qorxudurlar. Uşaqlara deyirlər ki, məktəb gəlir, artıq tez yatmalısız, daha bu oyuncaqlar olmayacaq… Yəni uşağa bir məsuliyyət, bir ağırlıq yükləyirlər: 

"Uşaq da fikirləşir ki, məktəb necə də dəhşətli bir yerdir. Mənim azadlığımı əlimdən aldı. Məktəb gəldi, mən oyuncaqlarımdan uzaq düşdüm və sair. Xeyr, əslində bu belə olmamalıdır. Uşağın öz əyləncə saatı olmalıdır. Və əsas da uşaq hər gün eyni saatda yatıb, durmalıdır. Məsələn, uşaq hansısa tətildədir deyə daha çox yuxusuz qala bilməz. Onun dəqiq yuxu saatı tənzimlənməlidir. Çünki yuxu uşaq sağlamlığında əhəmiyyətli yerlərdən birini tutur. Məlumdur ki, uşaqlarda yuxusuzluq nə qədər aqressivlik yaradır. Valideynlər yuxu saatına fikir verməlidir ki, sentyabr ayı gələndə uşağı qayğı almasın ki, mən tez yatıb tez duracam ki, məktəbə gedim".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2025 05:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see232

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see231

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see229

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see229

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see226

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see224

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see219

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see205

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see203

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see202

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see196

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see189

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see189

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see188

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see187

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see185

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see184

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see182

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see180

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri