Icma.az
close
up
RU
“Aliment verməmək üçün uşaqlardan imtina etdi”

“Aliment verməmək üçün uşaqlardan imtina etdi”

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

“Aliment verməmək üçün uşaqlardan imtina etdi”

İnfluenser Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib.

OLAY yazır ki, bu barədə Aysel özü məlumat yayıb.

O bildirib ki, Oqtay əkiz övladlarına aliment ödəmir və bunun üçün cinayət işi başladılıb:

“Bu gün Nəsimi rayon icra şöbəsinə Vüqar Qaralovun yanına getdim. Əkizlərin atası dəvət olundu, çünki onunla bağlı cinayət işi açılıb. Otaqda kişilər ola-ola və öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm. Vüqar Qaralovda dedi ki, imtina edə bilərsən, amma aliment vermək məcburiyyətindəsən. Qarşı tərəf isə artıq heç bir şey deyə bilmədi. Dedi, imtina edirəmsə, niyə aliment verməliyəm? Hər nə isə. Övladının yanında bunu demək nə deməkdir?  Uşaqdan alimentə görə imtina etmək nə deməkdir? Sadəcə utanıram. Sonra dostum yığdı ki, görüşlə bağlı, dedi artıq uşaqları heç bir halda görmək istəmirəm. Hansı uşaqları ki, hər birinin səhhəti ilə bağlı problemi var. Həm sənin yerinə utanıram, həm də iyrənirəm. Allah mənə o qədər güc versin ki, uşaqlarıma baxa bilim. Bu günü Allaha tapşırıram!Övladın eşidə-eşidə sən öz övladlarından imtina etməyə çalışdın! Allah mənə o qədər güc versin ki, onları təkbaşıma sağaldım! Son nəfəsimə qədər uşaqlarımı atmayacağam. Mən siz deyiləm! Onlara həm ata, həm ana olaram! Necə ki, olmuşam! Amma bu günü unutma! Üzün olmadı mənimlə üzləşib danışmağa, axırda bu yola da əl atdın... 

Allah cəzasını verir, verəcək... Sənin elə utancın o kişilərin yanında övladlarından imtina etməyin olacaq. Bəziləri ata olmağı sadəcə ad sanır. Mən isə təkbaşıma həm ana, həm ata olmağın nə demək olduğunu canlı yaşayıram. Uşaqlarımla birlikdə yıxılmadım, durdum. Çünki onlar üçün güclü olmalıyam. Təkəm, amma heç vaxt tək qalmayacağam – çünki mənim yanımda məni sevən balalarım var. O, aliment verməmək üçün bu vaxta kimi hər şey elədi. Mən isə susdum. Çünki qışqırmaq yerinə, işləyib balalarıma baxmalıyam. Təkəm, amma balalarıma yetəcək qədər güclüyəm. Hər kəs bir gün görəcək – kim həqiqətən valideyndir, kim təkcə ad daşıyır. Bu gün otaqda olan 3 kişinin eşitdiyi kimi. Ürəyim doludur, bunu da deyim. İcraçı Vüqar Qaralov qarşı tərəfə dedi ki, cinayət işi düşsə, dəftərinə övladların heç vaxt polis, hakim kimi işlərdə işləyə bilməyəcək. Gəl, belə şey etmə eləmə. Amma qarşı tərəf yenə razı olmadı. Yəni sabah mənim övladım dövlət qurumunda işləmək istəsə, atasının bu cinayət əməlinə görə işləyə bilməyəcək! 
Bu halda mənim övladlarımın günahı nədir?! Mən gecə gündüz demədən onlara baxıram, iynə-dərman müalicə edirəm oxuduram ki, övladlarım onlardan imtina etmək istəyən “ata”larına görə yarğılansınlar? Mənim körpələrimin günahı nədir? Axı onlar üçün cabalayıram, nəsə etməyə çalışıram ki gələcəklərində həyatlarında belə bir problemlərlə qarşılaşsınlar? Çox pisəm sadəcə ürəyim doludur. Amma deməyə söz tapa bilmirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://olay.az
archiveBu xəbər 25 Aprel 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri