Serbiya nəşrindən Putinlə bağlı diqqətçəkən iddia KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Serbiyanın “Pečat” qəzeti Rusiya Prezidenti Vladimir Putinin Avropanın gələcək təhlükəsizliyi və sabitliyində mühüm rol oynaya biləcəyini iddia edib.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, nəşrin məqaləsində Avropada geniş yayılmış yanaşma tənqid olunur.
Müəllif hesab edir ki, Ukraynada Rusiyaya qarşı mübarizəni davam etdirməklə Avropanın təhlükəsizliyini qorumaq mümkün deyil. Onun fikrincə, bu yanaşma qitənin gələcəyi ilə bağlı narahatlıqları daha da artırır.
Məqalədə vurğulanır ki, Avropa siyasi elitası Rusiyanın maraqlarını nəzərə almadan qitədə davamlı sülh və sabitliyin təmin edilməsinin çətin olduğunu anlamalıdır.
“Avropanın gələcəyinin yeganə əsl qarantı Vladimir Putindir”, – deyə nəşrin müəllifi iddia edib.
Baxış sayı:127
Bu xəbər 01 Noyabr 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















