Icma.az
close
up
RU
Alimentin azaldılması GÜNDƏMDƏ Boşanmaların sayına da TƏSİR EDƏCƏK?

Alimentin azaldılması GÜNDƏMDƏ Boşanmaların sayına da TƏSİR EDƏCƏK?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan qanunvericiliyinə əsasən, bəzi hallarda uşaqların saxlanılması üçün ödənilən alimentin məbləği azaldıla bilər. Bu müddəalar Ailə Məcəlləsində əks olunub.
Qanuna görə, alimentin məbləği tərəflərin ailə və maddi vəziyyəti, eləcə də digər mühüm hallar nəzərə alınmaqla məhkəmə tərəfindən azaldıla bilər.
Alimentin azaldılması üçün əsas sayılan hallar bunlardır:
ödəyicinin ağır maddi vəziyyətə düşməsi;
onun xəstəliyi;
həyat şəraitini ciddi şəkildə çətinləşdirən digər amillər.
Qeyd olunur ki, bu hallar mütləq şəkildə rəsmi sənədlərlə təsdiqlənməlidir.
Eyni zamanda, alimentin azaldılması üçün ödəyici əvvəlcə müvafiq ərizə ilə mediator qurumuna müraciət etməlidir. Əgər mediasiya prosesi nəticə verməzsə, o zaman məsələ ilə bağlı məhkəməyə iddia qaldırmaq mümkündür.
Sözügedən dəyişikliklər boşanmaların sayına təsir edə bilərmi?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Ana Vətən Partiyasının sədri, Millət vəkili Günay Ağamalı deyib ki, aliment öhdəliyinin müəyyən hallarda məhdudlaşdırılması məsələsi həssas yanaşma tələb edən mövzudur:

“Düşünürəm ki, burada əsas məqsəd yalnız ödəyicinin yükünü azaltmaq deyil, eyni zamanda ədalətli balansın qorunmasıdır. Boşanmaların sayına təsir məsələsinə gəldikdə isə, hesab edirəm ki, aliment mexanizminin sərtləşdirilməsi və ya yumşaldılması birbaşa boşanma statistikasını müəyyən edən əsas faktor deyil.
Ailələrin dağılmasının kökündə daha çox sosial-psixoloji səbəblər, qarşılıqlı anlaşmanın itməsi və dəyərlər sistemində baş verən dəyişikliklər dayanır. Aliment  baş vermiş prosesin daha dəqiq desək boşanmanın hüquqi və sosial nəticəsidir.
Bununla belə, müəyyən hallarda alimentin məbləğinin obyektiv əsaslarla yenidən nəzərdən keçirilməsi ailə münasibətlərində gərginliyi müəyyən qədər azalda bilər. Xüsusilə də ödəyicinin ağır maddi vəziyyətdə olması, xəstəliyi və ya digər ciddi çətinliklərlə üzləşməsi nəzərə alınmalıdır. Bu, həm hüquqi ədalətin təmin olunması, həm də sosial narazılığın qarşısının alınması baxımından vacibdir”.
Müsahibimiz hesab edir ki, aliment ilk növbədə uşağın hüququdur:
“Bu hüququn qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və hər hansı dəyişiklik məhz bu prinsip üzərində qurulmalıdır. Məqsəd yaranmış vəziyyətdə ən həssas tərəfin yəni uşağın maraqlarını maksimum təmin etməkdir”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Aprel 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri