Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Boşanmaların sayının azalmasına təsir göstərən əsas amil nədir?

Boşanmaların sayının azalmasına təsir göstərən əsas amil nədir?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanda 2026-cı ilin ilk 6 ayında 9 776 boşanma qeydə alınıb. 

Ötən ilin eyni dövründə bu rəqəm 10 350 idi. Yəni boşanmaların sayı 574 və ya 5,5 % azalıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı da 2,0-dan 1,9-a enib".

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı- ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu rəqəmlərdə mənim üçün maraqlı olan başqa məqamdır:

"Uzun müddətdir ki, ölkədə və xaricdə yaşayan blogerlər və bəzi iqtisadi-siyasi fikir müəllifləri boşanmaların artmasının əsas səbəbini iqtisadi vəziyyət, gəlirlərin azlığı, işsizlik və insanların həyat şəraiti kimi göstərirdi.

Əgər belə sadə səbəb-nəticə əlaqəsi vardırsa, onda indi sual yaranır ki, nə baş verdi ki, boşanma azalır? 2026-cı ildə nə dəyişib? Ölkə iqtisadiyyatı ilin ilk yarısında cəmi 0,8 faiz böyüyüb. İnflyasiya 5,7 faiz olub. 

Yəni boşanmaların 5,5 faiz azalmasını insanların birdən-birə əhəmiyyətli dərəcədə varlanması ilə izah etmək mümkün deyil. Əslində beynəlxalq təcrübə də göstərir ki, boşanmanı yalnız iqtisadi səbəblərlə izah etmək doğru deyil.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, 1990-2022-ci illərdə boşanma səviyyəsi 13 inkişaf etmiş ölkədə artıb, 16-da isə azalıb. Bu siyahıda İngiltərə, İtaliya, İspaniya, İtaliya və ABŞ kimi ölkələrin də adı var. Deməli, burada yalnız pul məsələsi yoxdur.

İqtisadi çətinlik ailə daxilində gərginliyi artıra bilər. İşsizlik, borc, mənzil problemi, gəlir çatışmazlığı münasibətlərə təsirsiz deyil. Amma bunlar boşanmanı avtomatik yaradan səbəblər deyil. 

Ailə davranışı həm də cəmiyyətin dəyərləri, boşanmaya münasibət, qadın və kişinin iqtisadi müstəqilliyi, nikahdan gözləntilər, insanların evlənmə yaşı, fərdi azadlıq anlayışı və ümumiyyətlə həyat tərzinin dəyişməsi ilə formalaşır".İqtisadçı qeyd edib ki, bunu başqa bir fakt da təsdiqləyir:

"1990-cı illərin əvvəlində OECD ölkələrində qadınlar orta hesabla 25, kişilər 28 yaşında ilk dəfə ailə qururdular. 2021-ci ildə bu yaş qadınlarda təxminən 32-yə, kişilərdə 34-ə çatıb. Yəni bu o deməkdir ki, dəyişən təkcə boşanma deyil. İnsanların ailəyə münasibəti dəyişir.

Bir vaxtlar boşanmanın sosial baxımdan qəbuledilməz hesab edilməsi ailələri, hətta çox ciddi problemlər olduqda belə bir yerdə saxlayırdı. Sonrakı mərhələdə isə bunun əksi baş verdi.

Boşanma normallaşdı, fərdi azadlıq və şəxsi xoşbəxtlik daha çox ön plana çıxdı. İndi isə bəzi inkişaf etmiş ölkələrdə maraqlı əks proses görünür. Boşanma əvvəlki pik səviyyələrindən aşağı düşür.

Bu ailəyə münasibətin yenidən dəyişməsinin ilkin əlaməti ola bilər. Amma bir neçə ilin göstəricisinə əsasən bunu hələ qəti demək tezdir.

Azərbaycan üzrə də 6 aylıq azalma əsasında böyük nəticə çıxarmaq tezdir. Lakin tendensiya davam edərsə, bu, kifayət qədər sevindirici sosial dəyişiklik olar.

Ailə sadəcə iqtisadi kateqoriya deyil. İnsan kasıb olduğu üçün mütləq boşanmır, varlı olduğu üçün də ailəsi avtomatik xoşbəxt olmur. 

Deməli, ailənin taleyini gəlirlərdən də çox insanların düşüncə tərzi, dəyərləri və münasibətlərə verdiyi qiymət müəyyən edir".

Gülər 
"Cebheinfo.az"

Açar sözlər: Boşanma Eldəniz Əmirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see290

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see272

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see268

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see236

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see223

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see220

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see220

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see220

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see218

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see217

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see207

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see207

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see200

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see194

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see185

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see184

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see181

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see178

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see174

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri