Icma.az
close
up
RU
Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, həmçinin diqqətəlayiq başqa hallar nəzərə alınmaqla artırıla bilər”

Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, həmçinin diqqətəlayiq başqa hallar nəzərə alınmaqla artırıla bilər”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aliment və uşağın qəyyumluğu məsələləri hər bir ailənin həyatı üçün çox önəmlidir. Bu hüquqi məsələlər həm valideynlərin, həm də uşaqların hüquqlarının qorunması baxımından diqqət tələb edir. Alimentin miqdarı təkcə uşağın yeməyinə görə deyil, digər xərclərə görə də müəyyən edilməlidir. Məsələn; yemək xərcləri, geyim xərcləri, təhsil xərcləri və s. müəyyən edilib aliment təyin edilməlidir.Aliment məbləği necə müəyyən edilir?Bəs, uşağın qəyyumluğunun hansı valideynə verilməli olması müəyyən edilərkən, digər valideynin məcburi ünsiyyət hüququ necə təyin edilməlidir?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğu barədə əmlak bölünməsi məsələsini müəyyən etməlidir: “Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Belə saziş olmadıqda, yaxud da saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğu barədə əmlak bölünməsi məsələsini müəyyən etməlidir.

Aliment məbləği hər ay bu şəkildə tutulur:

1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;3 və daha çox uşağa görəqazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Praktikada daha çox rast gəlinən isə odur ki, adətən sabit pul məbləğində aliment həmin il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu həddində olur.

Əgər tərəflər nikah pozulmasa belə faktiki ayrı yaşayırlarsa və uşaqlar valideynin birinin yanındadırsa, yaxud da birgə nikah dövründə uşaqlara baxmırsa bu halda digər valideyndən aliment tələb edilə bilər. Yaxud tərəflər arasında ümumiyyətlə nikah olmasa belə, atalıq müəyyən olunduğu halda ananın uşaq üçün aliment tələb etmək hüququ vardır”.

Rəşad Əliyev

Rəşad Əliyevin sözlərinə görə, valideynin uşağı ilə görüşməsi onun mənafeyinə zidd olmamalıdır: “Həmçinin qeyd edək ki, nikah pozulması barədə iddiaya baxarkən, uşağın digər valideynlə ünsiyyəti barədə mübahisə varsa, tərəfin ərizəsinə əsasən bu məsələyə də hüquqi qiymət verməlidir. Məhkəmə digər valideynin ünsiyyəti ilə bağlı qərar çıxarmalıdır. Bu məsələ belə tənzimlənir ki, məsələn, əgər uşaq anada qalırsa və ata deyirsə “ana uşağı mənə göstərmir” və nikahın pozulması ilə bağlı ərizə verirsə, bununla bağlı iddiaya baxarkən qətnamədə onunla bağlı da qeyd edir. Hansı qaydada görüş təyin etməsinə gəlincə isə yəni uşağın təhsilinə, istirahətinə zidd olmayan vaxtlarda digər valideynlə görüş təyin olunur. Bu adətən həftəsonu və uşağın məktəbə, yaxud bağçaya getmədiyi vaxt, yatmaq və istirahət vaxtlarına aid olmadığı vaxtda təyin olunur ki, uşağın mənafeyinə zidd olmasın”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri