Icma.az
close
up
RU
Alimentin miqdarı necə hesablanır?

Alimentin miqdarı necə hesablanır?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ailə qurmaq, xoşbəxt olmaq hər bir insanın ülvi arzularındandır. İnsan ona bəxş edilmiş ömrü özünə həmdəm bildiyi insanla yaşayaraq qurulacaq kiçik dövləti, yəni ailəni təsis edərək həyat mübarizəsinin növbəti mərhələsinə keçid edir”.

Bu sözləri Azad Vətən Partiyası sədrinin hüquqi məsələlər üzrə müşaviri Tacəddin Əyyubov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, bir çox insan bu kiçik dövlətin təməllərini uğurla quraraq xoşbəxt cütlük kimi birlikdə addımlamağa nail olsalar da, bəziləri isə ailə qurduqdan sonra maddi və mənəvi boşluqların təsirindən boşanmağa qərar verirlər:

“Boşanmağa səbəb kimi hər dövrün özünəməxsus xüsusiyyətləri olub. Müasir dövrümüzdə bu daha çox sosial şəbəkələrin, eləcə də əxlaqa zidd teleserialların səbəb olduğu deyilir. 

Həmçinin, maddi vəziyyətin çətinləşməsi, ailəni kifayət qədər təmin edəbilməmək və digər ehtiyaclar da boşanmalara səbəb olan amillər sırasındadır. Cütlüklər yaşadıqları problemlərin yeganə həll yolunu boşanmaqda gördüklərindən bu arzuolunmaz hadisə reallaşır.

Bir qisim insanlar onlara göstərilən təhqirlər və həyatlarına təhlükə yaradan ağır şiddətinə dözmədikləri üçün bu addımı atmaq məcburiyyətində qalırlar. 

Lakin buna baxmayaraq, bəzi insanlar isə zəngin və “azad” yaşamaq xəyalı ilə boşanırlar. Nəticədə isə ailə dağılır. Ən böyük zərbə isə məhz uşaqlara dəyir. 

Onların həyatlarında sağalması çətin travmalar yaşanır.

Statistik məlumatlara görə, Azərbaycanda boşananların sayı hər il artmaqdadır. 

Əgər çox uzaq olmayan 1985-90-cı illər statiskasına baxsaq, vəziyyəti daha aydın görə bilərik. 1985-ci ildə əhalinin hər min nəfərinə düşən boşanma sayı 1.2 idisə, son illərin göstəricisində bu rəqəm 1.5-dən çoxdur. Yəni əhalinin hər min nəfərinə düşən boşanma sayındakı artım təxminən 25 faiz civarındadır”.

Həmsöhbətimiz qeyd edib ki, son zamanlarda evlənənlərin sayında da ciddi azalma müşahidə olunur:

“2014-cü ildən sonra nigahlarda ciddi azalma nəzərə çarpır. Əgər 2010-2014-cü illərdə ölkədə ortalama 84 min nəfərə yaxın nigah qeydə alınmışdırsa, 2015-2019-cu illərdə bu rəqəm 65 minə enərək 30 faiz azalıb.

Buna səbəb kimi bir sıra amillərlə yanaşı, 2015-ci ildə yaşanılan ardıcıl iki devalvasiyanın da yaşanmasının təsirləri az deyil. 2024-cü ilin yanvar-sentyabr aylarında qeydə alınan nigah və boşanmaların sayına nəzər yetirsək görürük ki, 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb.

Göründüyü kimi, evlənənlərin sayında böyük azalma, boşananların sayında xeyli artım var. Bu isə cəmiyyətdə yaranabiləcək daha böyük təhlükələrin xəbərçisidir. 

Dövlət bu tendensiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görməkdədir. 

Ailə, uşaq, qadın komitəsi və digər vasitələrlə işlər aparılır. Lakin daha böyük sosial lahiyələri də ehtiva edən proqramlar həyata keçirilməli, mənfi tendensiyanın qarşısı alınmalıdır”. 

Onun sözlərinə görə, dövlətin həyata keçirdiyi uğurlu lahiyələrdən biri də məhkəmə orqanlarına müraciət edənləri yeni təsis edilən mediasiyaya yönləndirməsidir:

“Mediasiya mübahisələrin neytral və qərəzsiz, üçüncü tərəfin mediatorun köməkliyi ilə məhkəmədən kənar həlli metodudur.

İlkin medasiya tərəflərin hər hansı birinin müraciət etdiyi mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. 

Həmin şəhər və ya rayonda sözügedən təşkilatı olmadıqda isə “Mediasiya haqqında” Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. 

Yəni qarşı tərəf hansı rayonda qeydiyyatdadırsa, həmin rayonda yerləşən mediasiya təşkilatına müraciət edilməlidir. Əgər hər iki tərəf razılıqla mediatora yaxınlaşırsa, mediasiya prossesi dərhal başlamış olur və mərhələyə ehtiyac qalmır”.

Eyni zamanda Tacəddin Əyyubov alimentlərdən də danışıb:

“2025-ci il 1 yanvar tarixindən boşanma zamanı alimentin minimum məbləği də artırılıb. Belə ki, 2023-cü ildə bu məbləğ 220 manat, 2024-cü ildə 235 manat olmuşdu. 2025-ci il 1 yanvar tarixindən isə minimum aliment məbləği 246 manat təyin edilib.

Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizindən çox olmayan məbləgini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay göstərilən miqdarda aliment tutulur.

Məsələn, bir uşağa görə valideynin gəlirinin dörddə bir hissəsi, iki uşağa görə valideynin gəlirinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə valideynin gəlirinin yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyəti, eləcə də başqa hallar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. 

Bundan başqa, valideyinlər arasında saziş yoxdursa, habelə aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm dəyişən olarsa, ya gəlirinin hamısını və ya həmin valideynin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı, gəliri yoxdursa, eləcə də digər hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də gəlirin müəyyən hissəsi kimi müəyyən edilə bilər. 

Tərəflərdən hər biri ilə uşaq qalıbsa, maddi imkanı yüksək olan valideyindən digərinin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 

Sabit pul məbləği uşaqlar üçün yaşayış minimumu əsasında müəyyən olunur. Hansı ki, bu rəqəm cari ildən 246 manata çatdırılıb”.

Partiya funksioneri diqqətə çatdırıb ki, hər iki valideynin himayəsindən məhrum olmuş uşaqlara görə aliment hər iki valideyindən tutularaq uşağın qəyyumuna və ya himayədar valideyinlərə ödənilir:

“Belə uşaqlar sosial xidmət müəsisələrinə yerləşdirilirsə, onların valideyinlərindən tutulan aliment həmin müəssisənin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir.  Valideynlər, həmçinin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını da saxlamağa borcludurlar. 

Aliment ödənilməsi barədə saziş olmadıqda onlardan biri uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşı çatmayan uşaqlar üçün aliment tutulması barədə valideyinlərə qarşı iddia qaldıra bilər.

Ümumiyyətlə, uşağa görə aliment ödəmək təkcə valideyinlərə aid deyil. Yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideyinlərindən saxlanması üçün yardım ala bilməyən qardaş və bacılar zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. 

Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayanlar saxlanmaq üçün öz valideyinlərindən maddi yardım ala bilmədikdə, həmçinin bunun üçün zəruri vəsaiti olan baba və nənədən məhkəmə qaydasında aliment almaq hüquqları var”.

Aslan
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri