Icma.az
close
up
RU
Alimentlə bağlı YENİLİK Dövlət hesabına ödənilə bilər

Alimentlə bağlı YENİLİK Dövlət hesabına ödənilə bilər

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aliment məsələsi günümüzün ən çox müzakirə olunan mövzularındandır. Çünki boşanmalar çoxaldıqca aliment məsələsi də problemə çevrilir. Bir çox valideynlər müəyyən səbəblərdən aliment ödəyə bilmir.

Problemin həlli üçün müxtəlif variantlar təklif edilir.

Son günlər sosial şəbəkələrdə müzakirələr aparılır ki, “uşaq pulu”nun verilməsi bəzi imkansız valideynləri aliment yükündən azad edə bilər.

Bu nə dərəcədə realdır?

Nəzərə alaq ki, “uşaq pulu” dövlət tərəfindən uşağın sosial rifahını dəstəkləmək məqsədilə verilən bir müavinət növüdür. Alimentsə uşağın saxlanılması üçün valideynin şəxsi və hüquqi öhdəliyidir. Bu öhdəlik adətən məhkəmə qərarı ilə təyin olunur.

Ölkəmizdə olduğu kimi, beynəlxalq təcrübədə də müxtəlif ölkələrin qanunvericiliyində bu iki ödəniş növü bir-birindən tam müstəqildir. Məsələn Almaniyada həm aliment, həm də uşaq pulu mövcuddur. Uşaq pulu alimentin əvəzi hesab edilmir. Lakin bəzi hallarda alimentin hesablanmasında nəzərə alına bilər.

Fransada hər iki ödəniş ayrı-ayrılıqda həyata keçirilir və biri digərini əvəz etmir. Böyük Britaniya və Kanadada da eyni yanaşma tətbiq olunur – uşaq pulu dövlət tərəfindən verilir, aliment isə şəxsi məsuliyyət kimi saxlanılır.

Beynəlxalq təcrübələr göstərir ki, uşaq pulu şəxsi aliment öhdəliyini aradan qaldırmır. Yəni uşaq pulu mövcud olsa belə, şəxslərin aliment ödəmə öhdəlikləri mövcud olaraq qalır.

Çözüm nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Vəkillər Kollegiyasının üzvü Dədəkişi Vəlizadə deyir ki, məsələdə optimal çıxış yolu tapmaq olar:

“Problemin daha səmərəli həlli kimi Skandinaviya ölkələrinin təcrübəsinə diqqət etmək olar. Norveç, İsveç və Finlandiya kimi ölkələrdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət alimenti öncədən ödəyir, daha sonra isə bu məbləği aliment ödəməli olan valideyndən geri tələb edir.

Bu sistem həm uşağın rifahını təmin edir, həm də alimentin gecikməsi və ya ümumiyyətlə ödənilməməsi problemini aradan qaldırır. Təbii ki, irəli sürülən bu yanaşma problemi tam şəkildə həll etməyə bilər. Bu baxımdan hesab edirəm ki, fərqli baxışların dinlənməsi və müzakirəsi məsələnin daha optimal həllinə töhfə verə bilər”.

Xatırladaq ki, Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən Aliment Fondunun yaradılması təklif olunub. Sözügedən məsələ uzun müddətdir ki, müzakirə edilir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 İyul 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri