Icma.az
close
up
RU
Alimlər ağacı günəş enerjisi toplayıcısına çevirdilər

Alimlər ağacı günəş enerjisi toplayıcısına çevirdilər

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Alimlər günəş enerjisinin toplanması və saxlanılması sahəsində diqqətçəkən yeniliyə imza atıblar. Aparılan tədqiqat nəticəsində adi ağac materialı günəş işığını udaraq enerjini istilik formasında saxlayan və gün batdıqdan sonra belə elektrik enerjisi istehsal edə bilən innovativ platformaya çevrilib.
Demokrat.az xəbər verir ki, tədqiqatda əsas material kimi yüngül və təbii mikrokanel sisteminə malik balza ağacından istifadə olunub. Alimlər əvvəlcə ağacın strukturundan liqnin maddəsini çıxararaq onun məsaməliliyini artırıblar. Daha sonra bu kanalların divarları geniş spektrdə işığı effektiv şəkildə udan ultranazik qara fosforen təbəqəsi ilə örtülüb. Həssas materialın havada dağılmasının qarşısını almaq üçün isə o, tanin turşusu və dəmir ionlarından ibarət qoruyucu örtüklə mühafizə edilib.
Həmçinin oxu:
Uzunömürlü qafqazlıların tək ortaq nöqtəsi var: Hər gün bu çərəzdən yeyiblər
Ən ağıllı kişilər bu bürcdə doğulurlar
'Çayçı Hüseyn'in dostu Şükrü indi görün nə işlə məşğul olur
İşığın udulmasını daha da gücləndirmək məqsədilə struktura gümüş nanohissəcikləri əlavə olunub və səth yüksək su itələyici xüsusiyyətlə təmin edilib. Kanalların içərisi isə faza dəyişən material olan stearin turşusu ilə doldurulub. Bu maddə qızdırıldıqda əriyərək istiliyi saxlayır, soyuduqda isə onu geri buraxır və beləliklə enerji yığımı təmin edilir.
Tədqiqatın nəticələrinə görə, hazırlanmış sistem günəş enerjisinin təxminən 91,27%-ni faydalı istiliyə çevirə, 175 kJ/kq həcmində enerji saxlaya və termoelektrik generatora qoşulduqda 0,65 volt gərginlik yarada bilir. Həmçinin material 100 dəfə qızdırılıb soyudulduqdan sonra belə effektivliyini qoruyub saxlayıb.
Alimlər bildirirlər ki, bu yeni “ağıllı” ağac platforması odadavamlılıq, rütubətə davamlılıq, antibakterial xüsusiyyətlər və çirklənməyə qarşı dayanıqlılıq kimi əlavə üstünlüklərə də malikdir. Bu səbəbdən materialın gələcəkdə günəş energetikası ilə yanaşı, elektronika, tikinti materialları və avtonom enerji sistemlərində geniş tətbiq olunacağı gözlənilir.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri