Icma.az
close
up
RU
Alimlər bunu gözləmirdi: Dinozavrları məhv edən kraterdən sürpriz çıxdı

Alimlər bunu gözləmirdi: Dinozavrları məhv edən kraterdən sürpriz çıxdı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Yerə asteroid çırpılması adətən fəlakət ssenariləri ilə assosiasiya olunur. Lakin alimlər bu dəfə fərqli nəticələr ortaya qoyublar. Yeni araşdırmalar, dinozavrların yox olmasına səbəb olan və hazırda Yukatan yarımadasında yerləşən nəhəng sualtı kraterin əslində okean həyatının sürətlə yenidən başlamasına şərait yaratdığını göstərib.

Qaynarinfo xəbər verir ki, Chicxulub krateri adlanan bu bölgədən götürülən dərin nümunələrin analizi nəticəsində geoloqlar, 10 kilometr genişliyindəki asteroidin yaratdığı zərbə sahəsində həyatın nisbətən qısa müddət sonra yenidən inkişaf etməyə başladığını sübut edən dəlillər aşkar ediblər.

Tədqiqatçılar bu zərbənin dəniz dibinin altından qida və kimyəvi maddələrin buraxılmasını stimullaşdırdığını müəyyən ediblər. Bu prosesə "hidrotermal aktivlik" deyilir. Günümüzdə bu cür aktivlik dərin dənizlərdə müşahidə olunur və kimyəvi baxımdan zəngin isti mayelər vasitəsilə nadir canlı koloniyalarını – boru qurdları, yengeçlər, balıqlar və mikroorqanizmlər – dəstəkləyir.

Belçikadakı Vrije Universitet Brusseldən prof. Stiven Goderis bildirib: "Bu araşdırma göstərir ki, zərbə kraterinə bağlı proseslər hər nə qədər dağıdıcı olsa da, bəzi hallarda güclü hidrotermal fəaliyyətə də səbəb ola bilər. Chicxulub nümunəsində bu proses dəniz ekosistemlərinin sürətli bərpasında həlledici rol oynayıb".

Araşdırma yaxın zamanda "Nature Communications" elmi jurnalında dərc olunub. Alimlər bildirirlər ki, bu nəhəng çarpma hadisəsi təkcə kütləvi məhvə səbəb olmayıb, həm də Meksika körfəzini ən azı 700 min il ərzində qida ilə təmin edib.

Kraterin mərkəzindən götürülən nüvələrdə asteroidin qalıqları ilə əlaqəli metallardan biri olan osmiuma rast gəlinib. Asteroid çırpıldıqda, bu metallı hissəciklər dənizin dibinə çökərək suya yayılıb və sonradan yenidən dəniz dibinə yerləşib.

Bu hidrotermal axın minlərlə il davam edib və okeanı qida ilə zəngin bir "hamama" çevirmiş olub.

Araşdırmaya rəhbərlik edən, Yaponiyanın Kyushu Universitetindən yer elmləri üzrə dosent dr. Honami Sato qeyd edib: "Meksika körfəzi bu hadisədən sonra bənzərsiz bir ekoloji sağalma prosesindən keçib, çünki daimi hidrotermal fəaliyyət özünəməxsus dəniz mühiti yaradıb".

Əgər belə bir fəlakət Yer üzündə yaşanılacaq mühit yaradıbsa, oxşar proseslər buzla örtülü peyklərdə və ya səhra planetlərində də baş vermiş ola bilər. Məsələn, Mars səthində keçmişdə meteor yağışlarının baş verdiyi bilinir. Bu təsirlər yeraltındakı buz ehtiyatlarını əridə bilər və mikrob həyatının inkişafı üçün əlverişli şərait yarada bilər.

NASA-nın məlumatına görə, hər gün təxminən 100 ton ağırlığında toz və qum dənəsi ölçüsündə hissəcik Yer atmosferinə daxil olaraq yanır. Hər il orta hesabla bir avtomobil böyüklüyündə asteroid Yerə düşərək atmosferdə partlayır. 2013-cü ildə Rusiyanın üzərində baş vermiş 17 metrlik sürpriz asteroid hadisəsi xatırlanmağa dəyər – partlayış nəticəsində minlərlə şüşə sınmışdı.

Böyüklüyü 140 metr olan cisimlərin Yerlə toqquşması hər 10–20 min ildə bir baş verir. "Dinozavr öldürən" tipli, təqribən 800 metrlik bir asteroidin çarpması isə 100 milyon illik dövrlərlə təkrarlanır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 May 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri