Icma.az
close
up
RU
Alimlər canlı hüceyrələrdən biokompüter yaradırlar

Alimlər canlı hüceyrələrdən biokompüter yaradırlar

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 oktyabr, AZƏRTAC

İsveçrə alimləri canlı hüceyrələrdən biokompüter istehsal etməyə çalışırlar.

AZƏRTAC tədqiqatla bağlı dərc edilən hesabata istinadla xəbər verir ki, alimlərdən ibarət qrup daha az enerji sərf edərək süni intellekti təkrarlayan canlı serverlərlə dolu data mərkəzləri yaratmaq üzərində işləyir. Səylər tədqiqatçıların proqram və aparatla yanaşı, hesablama dünyasında yeni komponent olan “yaş proqramı” adlandırdıqları prosesə yol açır.

Tədqiqatlara rəhbərlik edən “FinalSpark” laboratoriyasının həmtəsisçisi Fred Cordan bildirib: “Mən kiçik bir maşın kimi bir neyrondan istifadə edəcəyəm" deməyə başlayanda, bu, beynimizə fərqli bir baxış verir və kim olduğumuzu şübhə altına alır”. O etiraf edib ki, “biokompüter” ideyası çoxları üçün qəribə görünə bilər və onun mahiyyətində elmi fantastikadan doğan bir konsepsiya var.

Hesabatda deyilir ki, insanın dəri hüceyrələrindən kök hüceyrələrin əldə edilməsi “FinalSpark”ın biokompüterin neyronlarında öyrənməni işə salmaq kimi böyük məqsədinə doğru ilk addımdır. Beləliklə, onlar verilən tapşırıqları yerinə yetirə biləcəklər. Sertifikatlı provayderlərdən alınan dəri hüceyrələri canlı kök hüceyrələrə çevrilir və daha sonra “orqanoidlər” kimi tanınan kiçik laboratoriyada yetişdirilmiş beyinə bənzər sferaya çevrilir. Tədqiqatçılar vurğulayırlar ki, orqanoid insan beynindən çox daha az mürəkkəb olsa da, əsas struktur bloklarını paylaşır. Bir neçə ay çəkə bilən prosesdən sonra orqanoidlər elektrodlara birləşdirilir və sadə klaviatura əmrlərinə cavab vermələri xahiş olunur. Bir orqanoid elektrik siqnalı aldıqda, kompüter ekranındakı EEG izinə bənzəyən hərəkətli bir qrafikdə kiçik bir fəaliyyət sıçrayışı görünür. Beləliklə, nəticələr kompüterdə qeydə alınmaqla, elektrik siqnallarının ötürülməsi və qəbulu yoxlanıla bilər. Elektrik stimullarını izləmək və cavabsız suallara cavab verməkdə məqsəd canlı hüceyrə əsaslı kompüterlərin öyrənmə qabiliyyətini və komanda-cavab sistemlərini inkişaf etdirməkdir. Bu, süni intellekt əsaslı bir prosesdir.

Hesabatda qeyd edildiyi kimi, biokompüter üçün ən böyük cavabsız suallardan biri onun enerji mənbəyinin nə olacağıdır. Adi bir kompüter sadəcə enerji təchizatı ilə işlək vəziyyətdə saxlanıla bilsə də, özünü qidalandırmaq üçün zəruri qan damarları olmayan biokompüter üçün vəziyyət tamamilə fərqlidir. Hazırda alimlər bu çətin problem üzərində iş aparırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri