Alimlər süni intelektlə quş qripi əleyhinə peyvənd hazırladı
Icma.az bildirir, Medicina portalına istinadən.
Kembric alimləri süni intellektdən istifadə edərək quş qripi üçün ilk geniş təsir spektrli peyvənd hazırlayıblar
Medicina.az xəbər verir ki, bu peyvənd yalnız bir varianta qarşı immunitet yaratmaq əvəzinə, tək bir doza ilə quş qripinin bir çox ştammını hədəf alır.
Tədqiqat qrupunun məlumatına görə, peyvənd hətta hələ ortaya çıxmamış variantlara qarşı da qorunma təmin edə bilər.
Sözügedən peyvənd, eyni virusun bir çox ştammını hədəf almaq üçün nəzərdə tutulmuş yeni nəsil müalicə vasitələrinə aiddir. Məqsəd gələcəkdə baş verə biləcək ictimai səhiyyə böhranlarına, o cümlədən, hələ məlum olmayan təhlükələrə daha yaxşı hazır olmaqdır.
Tədqiqata rəhbərlik edən Kembric Universitetinin Virus Zoonozları Laboratoriyasından Conatan Hini (Jonathan Heeney) bildirib: "Yeni, geniş təsir spektrli peyvəndimiz quş qripinin yalnız bir variantına qarşı immunitet yaratmaqla kifayətlənmir, əksinə, çoxsaylı variantlara qarşı qorunma təmin edir".
"Peyvənd virusun təkamülünə sadəcə reaksiya vermək üçün deyil, bu təkamülü qabaqcadan nəzərə alaraq hazırlanıb".
Cell Reports Medicine jurnalında dərc olunan tədqiqat göstərir ki, yeni peyvənd standart namizəd peyvəndlərlə müqayisədə daha geniş qorunma və daha yüksək sağ qalma göstəriciləri təmin edir. Qeyd edək ki, hazırda potensial pandemiyaya hazırlıq məqsədilə ehtiyatda saxlanılan standart peyvəndlər yalnız bir ştammı hədəf alır.
COVID-19-a səbəb olan koronaviruslar və bir çox digər yeni infeksion xəstəliklər kimi, quş qripi də RNT virusudur. RNT virusları insan sağlamlığı üçün xüsusi təhlükə yaradır, çünki onlar sürətlə mutasiyaya uğrayaraq heyvanlardan insanlara keçə bilən yeni ştammlara çevrilə bilirlər. Bu zaman onlar həm immun sistemimizdən, həm də mövcud peyvəndlərin təmin etdiyi qorunmadan yayına bilirlər. Hazırda pandemiyaya hazırlıq, artıq ortaya çıxmış xüsusi virus variantlarına qarşı vaksin ehtiyatlarının toplanmasına əsaslanır. Tədqiqat müəlliflərinin fikrincə, bu yeni nəsil vaksinlər milli bioloji təhlükəsizlik və daha davamlı səhiyyə sistemlərinin qurulması baxımından həlledici rol oynaya bilər.
Vaksinin "antigen" adlanan aktiv komponenti orqanizmin immun sistemini işə salaraq qoruyucu reaksiya yaradır. Bu proses orqanizmi, həmin xüsusi antigeni daşıyan patogenin törədə biləcəyi gələcək infeksiyalara qarşı mübarizə aparmağa hazırlayır.
"Süni intellektdən istifadə vaksinin hazırlanması prosesini əhəmiyyətli dərəcədə sürətləndirir; daha sonra biz laboratoriya şəraitində vaksin namizədlərini sınaqdan keçirərək onların etibarlı və təhlükəsiz olduğuna əmin ola bilərik".
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 17 Noyabr 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















