İİV ƏLEYHİNƏ PEYVƏND TƏSDİQLƏNDİ
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
VAKSİN UĞURLU NƏTİCƏLƏR GÖSTƏRİB
ABŞ-da alimlər HİV virusunu ilk dozadan sonra neytrallaşdıra bilən peyvənd prototipi hazırlayıb. Vistar İnstitutunun molekulyar bioloqları tərəfindən yaradılan bu peyvənd primatlar üzərində aparılan sınaqlarda uğurlu nəticə göstərib. Məlumata görə, peyvənd ilk dəfə tətbiq edildikdən sonra immun sistemində nəzərəçarpan neytrallaşdırıcı anticisim reaksiyası müşahidə olunub ki, bu da HİV peyvəndləri sahəsində indiyədək qeydə alınmamış nailiyyətdir.
Tədqiqatçılar bildirib ki, adətən mövcud HİV peyvəndləri yalnız 7–10 dozadan sonra effekt göstərir. Yeni hazırlanmış WIN332 adlı immunogen isə ilk dozadan 3 həftə sonra primatların orqanizmində müxtəlif HİV ştammlarını neytrallaşdıra bilən anticisimlər formalaşıb. İkinci dozadan sonra isə bu anticisimlərin miqdarı əhəmiyyətli dərəcədə artıb. Alimlər bu nəticələrin gələcəkdə insanlarda HİV-ə qarşı effektiv və daha rahat tətbiq olunan peyvəndin hazırlanmasına ümid yaratdığını vurğulayır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Fevral 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















