Icma.az
close
up
RU
Alimlər Yer kürəsinin nüvəsində “xəzinə” izləri aşkar etdi KONKRET

Alimlər Yer kürəsinin nüvəsində “xəzinə” izləri aşkar etdi KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Havay lavlarında “qızıl izləri”: Yer kürəsinin dərinliyindən səthə sızan qiymətli metallarla bağlı inqilabi kəşf

 Almaniyanın Göttingen Universitetində aparılan yeni bir elmi araşdırma Yer kürəsinin 3 min kilometr dərinliyində yerləşən nüvəsindən səthə doğru nadir metallarla zəngin materialların sızdığını ortaya qoyub.

KONKRET.az xəbər verir ki, tədqiqatçılar Havay adalarındakı lav nümunələrində rutenyumun nadir izotopu olan 100Ru elementinə rast gəliblər. Bu izotopun yalnız nüvə ilə mantonun sərhəd zonasında mövcud ola biləcəyi ehtimal olunur ki, bu da geoloji elmdə qəbul olunmuş nəzəriyyələrə ciddi meydan oxuyur.

“Sözün əsl mənasında qızıl tapdıq”

Araşdırmada iştirak edən jeokimyaçı Dr. Nils Messling, əldə olunan nəticələrin yalnız rutenyumla məhdudlaşmadığını, həmçinin qızıl, platin kimi digər qiymətli metalların da nüvədən səthə sızma ehtimalını gücləndirdiyini bildirib. “Sözün əsl mənasında qızıl tapdıq,” – deyən alim, bu nəticələrin Yer kürəsinin dərin daxili dinamikası ilə bağlı uzun müddətdir davam edən fərziyyələri dəyişdirə biləcəyini vurğulayıb.

Havay adalarının mənşəyi: Nüvədən gələn güc?

Elmi heyət bildirir ki, bu cür dərin mənbədən gələn metal və mineral zəngin materiallar Havay kimi vulkanik adaların yaranmasına səbəb ola bilər. Yüzlərlə katrilyon ton qayadan ibarət kütlənin nüvədən qalxaraq səthə doğru hərəkət etməsi, bu adaların geoloji formalaşmasının əsas səbəbi kimi göstərilir.

Yer kürəsinin daxili: Sabit yoxsa dinamik sistem?

Bu araşdırma Yer kürəsinin nüvəsinin mantodan tam ayrılmış, sabit bir struktur deyil, əksinə, aktiv material dövriyyəsinin olduğu dinamik bir sistem olduğunu göstərir. Bu da həm geologiya elminə, həm də qiymətli metallarla bağlı resurs axtarışlarına yeni yanaşmalar gətirə bilər.

Mütəxəssislər bu kəşfi “planetin içərisinə yeni bir pəncərə açıldı” kimi qiymətləndirir. Gələcəkdə bu tədqiqatların qiymətli metalların mənşəyinin daha dəqiq müəyyən olunmasına və bəlkə də yeni mədən axtarış istiqamətlərinin yaranmasına səbəb olacağı gözlənilir.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 May 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri