Icma.az
close
up
RU
Alimlər Yer kürəsinin daxili nüvəsində sirli forma dəyişikliyi tapdı Nə baş verir?

Alimlər Yer kürəsinin daxili nüvəsində sirli forma dəyişikliyi tapdı Nə baş verir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Yer kürəsinin mərkəzində yerləşən daxili nüvə təxminən 2400 kilometr enində olan və əsasən dəmirdən və nikeldən ibarət bir kürədir. Yeni araşdırmaya görə, bu nüvə tamamilə bərk olmayıb və son illərdə xarici sərhədində nəzərəçarpacaq bir forma dəyişikliyi yaşanıb.

Qaynarinfo xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin yer elmləri professoru Con Vidale bu dəyişimin ən mümkün izahının, xarici nüvənin daxili nüvəyə "çəkici" təsir göstərməsi olduğunu bildirib. 

Bu kəşf, Yer kürəsinin mərkəzi ilə bağlı daha çox sirri üzə çıxarır. Daha əvvəlki tədqiqatlar göstərmişdi ki, daxili nüvə planetin digər təbəqələri ilə eyni sürətlə fırlanmır və onun fırlanma sürəti zamanla dəyişir. Bir zamanlar xarici laylardan daha sürətli fırlanan daxili nüvə, indi daha yavaş dönür kimi görünür.

Yer kürəsinin daxili quruluşu necədir?

Daxili nüvə Yer kürəsinin ən dərin qatını təşkil edir və səthin altında yerləşir. Onun üzərində qabıq təbəqəsi mövcuddur ki, bu da cəmi bir neçə kilometr qalınlıqdadır. Daha dərinlikdə, planetin böyük hissəsini təşkil edən və qitələrin hərəkətinə səbəb olan təxminən 2900 kilometr qalınlığında bir mantiya yerləşir. Mantiyanın altında isə maye halında olan xarici nüvə mövcuddur.

Alimlər Yerin daxili quruluşunu birbaşa müşahidə edə bilmədikləri üçün əsasən seysmik dalğalardan istifadə edirlər. Zəlzələlər zamanı yayılan titrəyişlərin sürəti və istiqaməti qayaların sıxlığı və elastikliyinə bağlı olaraq dəyişir.

Bu araşdırma çərçivəsində professor Vidale və onun komandası Cənubi Atlantik Okeanında yerləşən Cənubi Sendviç adaları ətrafında baş verən zəlzələləri tədqiq ediblər. Bu bölgədə tez-tez zəlzələlər baş verir və bəzən illər sonra eyni gücdə və yerdə yeni bir zəlzələ baş verə bilir.

Tədqiqatçılar 1991-2004-cü illər arasında qeydə alınmış 100-dən çox "zəlzələ cütlüyünü" araşdırıblar. Bu analizlər üçün biri Alyaskada, digəri Kanadada olmaqla, adalardan 13 min kilometr uzaqlıqda yerləşən iki seysmometr stansiyası istifadə olunub.

Tədqiqatın əsas məqsədi daxili nüvənin fırlanmasının yavaşladığını göstərən əvvəlki araşdırmaları daha da inkişaf etdirmək olub. Lakin Yellowknife adlı seysmometr stansiyasından alınan siqnalların bəzi xüsusiyyətləri izah edilə bilmirdi.

Professor Vidale bu barədə belə deyib: "Titrləmələr fərqli idi".

Bəzi zəlzələ cütlükləri üçün daxili nüvə hər iki hadisədə eyni istiqamətdə qalırdı. Eyni bölgədən gələn zəlzələ dalğalarının Fairbanks və Yellovknife stansiyalarında eyni seysmik siqnallar yaratması gözlənilirdi. Fairbanks üçün bu, düzgün idi, lakin Yellovknifeda siqnallar fərqli olub.

Yellovknife stansiyası Cənubi Sendviç adalarına Fairbanksdən daha yaxın yerləşdiyi üçün, həmin bölgədən gələn seysmik dalğalar daxili nüvənin daha dərin hissələrinə çata bilmirdi.

Professor Vidalenin fikrincə, xarici nüvədəki turbulent axınlar və ya mantiyadakı daha sıx kütlələrin yaratdığı qravitasiya təsiri daxili nüvənin formasını dəyişdirə bilər və bu da seysmik siqnallardakı fərqliliyi izah edə bilər. Daxili nüvə ərimə nöqtəsinə yaxın temperaturda olduğu üçün onun müəyyən dərəcədə elastik olması və deformasiyaya uğraması təəccüblü deyil.

Bu son kəşf deyil

Avstraliya Milli Universitetinin geofizika professoru Hrvoye Tkalçiç aparılan araşdırmanın etibarlı olduğunu, lakin tək mümkün izahın bu olmadığını qeyd edib.

Son illərdə geofiziklər seysmik siqnallardakı fərqliliyin daxili nüvənin fırlanma sürətinin dəyişməsi və ya şəklinin deformasiyaya uğraması səbəbindən meydana gəlib-gəlmədiyini müzakirə edirdilər. Professor Tkalçiç bu araşdırmanın hər iki ehtimalın birləşdiyini irəli sürərək bu mübahisəni uzlaşdırdığını bildirib.

Stoni Bruk Universitetinin yer elmləri professoru Lianxin Ven daxili nüvənin Yerin digər hissələrindən fərqli bir sürətlə döndüyü fikrinə tam əmin olmadığını deyib. O bildirib ki, Yellovknife stansiyasından əldə edilən məlumatlar bu hipotezlə uyğun gəlmir və bu uyğunsuzluq ilkin nəticələrin yenidən nəzərdən keçirilməsinə səbəb olmalıdır. Onun fikrincə, təkcə daxili nüvənin formasındakı dəyişiklik seysmik məlumatları izah etmək üçün yetərlidir və fırlanma sürətində dəyişiklik olmasına ehtiyac yoxdur.

Professor Vidale isə nəticələrindən əmin olsa da, bu tapıntının hələ də qəti sübut olmadığını vurğulayıb: "Biz doğru olduğumuza inanırıq, amma bu, yüz faiz sübut olunmuş deyil. Dəqiqlik dərəcəmizi soruşsanız, təxminən 90 faiz əmin olduğumu deyə bilərəm".

Professor Tkalçiç bu sirrin tam həll olunması üçün daha çox məlumatın lazım olduğunu və bunun yalnız okean dibi də daxil olmaqla, Yer kürəsinin uzaq bölgələrində seysmoloji infrastrukturun qurulması ilə mümkün ola biləcəyini bildirib.

Pekin Universitetinin professoru Siaodonq Sonq da bu fikrə qatılıb və belə deyib: "Bu yeni araşdırma, planetin dərinliklərində baş verən qəribə prosesləri araşdırmaq üçün yeni bir elmi dalğanı təşviq etməlidir".

Qeyd edək ki, professor Sonq 1990-cı illərin ortalarında daxili nüvənin Yerin səthindən fərqli bir sürətlə döndüyünü irəli sürən ilk alimlərdən biri olub.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Fevral 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see185

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri