Icma.az
close
up
RU
Alimlər yerin altında 600 metrlik tunellər tapdı: Onların sirli mənşəyi açıqlandı

Alimlər yerin altında 600 metrlik tunellər tapdı: Onların sirli mənşəyi açıqlandı

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Braziliya və Argentinada alimlər qədim dövrdən qalan nəhəng yeraltı tunellər aşkar ediblər. Yeni araşdırmaya görə, bu tunellər buz dövründə yaşamış, fil böyüklüyündə yerüstü tənbəl heyvanlar tərəfindən qazılıb. 

Qaynarinfo xəbər verir ki, kəşf barədə "Daily Galaxy" məlumat yayıb.

Bu nəhəng keçidlər "paleonor" adlandırılır və elmi araşdırmalar onların nə geoloji proseslər, nə də insanların fəaliyyəti ilə əlaqədar ola bilməyəcəyini göstərib. 

Ən iri tunellərdən bəzilərinin uzunluğu 600 metrə çatır. Onların çoxunda hamar divarlar, tağlı tavanlar və daş üzərində dırnaq izləri qorunub qalıb. Ümumilikdə 1500-dən çox belə tunel qeydə alınıb.

Geoloq Henrix Frank ilk dəfə tikinti yoxlaması zamanı bu tunellərdən birinə rast gəlib və araşdırmalara başlayıb. Onun sözlərinə görə, bu strukturlar heç bir məlum təbii proseslə izah edilə bilməz: "Bu, mağara deyil. Onlar qazılıb. Burada belə formaların yaranmasına səbəb olacaq geoloji proses mövcud deyil".

Alimlər hesab edirlər ki, tunellər giganst yerüstü tənbəl heyvanlar tərəfindən qazılıb. Bu iri ot yeyən heyvanların güclü ön pəncələri və əyilmiş kəskin dırnaqları olub ki, bu da torpağı qazmağa imkan verib. Müasir kiçik və yavaş ağac tənbəllərinin əksinə olaraq, onların ulu əcdadları olduqca güclü idi və landşaftı dəyişdirə biləcək gücə sahib olublar.

Tunellərin müxtəlif məqsədlərə xidmət etdiyi ehtimal edilir: sığınacaq, temperaturun qorunması, yuva qurmaq və hətta bir neçə nəsil boyunca birlikdə yaşamaq üçün. Onların müntəzəm istifadəsinə dair izlər, bu məkanların nəsillər boyu genişləndirilib saxlanıldığını göstərir.

Maraqlıdır ki, ABŞ-ın Nyu-Meksiko ştatındakı "White Sands" milli parkında tapılan sümükləşmiş insan və iri tənbəl izləri göstərir ki, insanlar bu heyvanlarla eyni dövrdə yaşamış və hətta onları ovlamış ola bilər. İzləmə zamanı tənbəl izlərinin qəfil istiqamət dəyişməsi onların təhlükəni hiss etdiyini göstərir.

Bəzi nəhəng tunellər hətta əvvəlcə mədən və ya çökmüş mağara hesab edilirdi. Onların ölçüsü və yaxşı qorunması alimlərə təkcə qədim canlıların sümüklərini deyil, həm də onların davranış mexanizmlərini öyrənmək imkanı verir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri