Icma.az
close
up
RU
Alimlərdən Dünya çempionatı xəbərdarlığı: Təhlükəli ola bilər

Alimlərdən Dünya çempionatı xəbərdarlığı: Təhlükəli ola bilər

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Alimlər gələn ay start götürəcək 2026-cı il Dünya çempionarına futbolçuların və azarkeşlərin təhlükəli istilik şəraiti ilə üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər.

Ölkə.az xəbər verir ki, "World Weather Attribution" adlı elmi qrup tərəfindən hazırlanan analizdə iqlim modelləri əsasında turnir zamanı qlobal istiləşmənin yarada biləcəyi risklər qiymətləndirilib. Araşdırma, insan fəaliyyəti nəticəsində iqlim dəyişikliyinin həddindən artıq isti hava şəraitini artırdığını və bunun açıq hava stadionlarında həm oyunçular, həm də azarkeşlər üçün risk yaratdığını ortaya qoyub.

Analizə görə, Dünya Kubokunda keçiriləcək 104 oyunun təxminən 25 faizi, futbolçuların təhlükəsizliyi üçün müəyyən edilən həddən yüksək istilik şəraitində oynana bilər. Bu göstərici "yaş kürə qlobal temperaturu” (WBGT) ilə ölçülür və orqanizmin istiliyi nə dərəcədə effektiv tənzimləyə bildiyini nəzərə alır.

26 dərəcə WBGT həddi, beynəlxalq futbolçular birliyi FIFPRO tərəfindən əlavə soyutma tədbirlərinin tətbiq olunmalı olduğu kritik səviyyə kimi qəbul edilir. Analizdə qeyd olunur ki, təxminən 5 oyun 28 dərəcədən yuxarı WBGT şəraitində keçirilə bilər ki, bu da təhlükəli sayılır və bəzi hallarda oyunların təxirə salınmasını zəruri edir.

Xüsusilə Mayami, Kanzas Siti, Nyu-York və Filadelfiya kimi klimasız stadionlara sahib şəhərlərdə riskin daha yüksək olduğu bildirilir. Bu şəhərlərdə keçiriləcək matçların bir hissəsində təhlükəli istilik ehtimalı diqqət çəkir.

Turnirin ən mühüm qarşılaşması sayılan Nyu-York/Nyu-Cersi finalının da 26 dərəcə həddi keçmə ehtimalının 8-də 1 olduğu, hətta daha yüksək temperatur riskinin mövcudluğu qeyd edilir.

FIFPRO nümayəndələri iqlim dəyişiklikləri fonunda oyunçuların təhlükəsizliyi üçün əlavə tədbirlərin vacibliyini vurğulayaraq xəbərdarlıqlarını təkrarlayıb.

London "Imperial College"dən tədqiqatçı Coys Kimutai bildirib ki, 1994-cü ildən bu yana ABŞ-da keçirilən turnirlə müqayisədə iqlim şəraiti ciddi şəkildə dəyişib və bəzi şəhərlərdə günün saatlarına görə oyunların yenidən planlaşdırılması belə riskləri tam aradan qaldırmaya bilər.

İqlim üzrə professor Friderike Otto isə Dünya Kuboku finalının belə "oynanması riskli ola biləcək istilik şəraitində” keçirilməsi ehtimalının FIFA və ictimaiyyət üçün ciddi xəbərdarlıq olduğunu bildirib.(qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 May 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri