Alimlərdən maraqlı araşdırma: Sevgi orqanizmi stressdən qoruyur
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sevdiyimiz insanın yanımızda olması orqanizmin stresslə mübarizəsinə kömək edir. Bu qənaətə Qüds İvrit Universitetinin alimləri gəlib.
BAKU.WS xəbər verir ki, araşdırma zamanı iştirakçılar müxtəlif stress sınaqlarına cəlb olunublar.
Onlar karbohidratlı çörək yeyib, 12 dərəcə temperaturda olan otaqda qalıb və qollarına zəif elektrik impulsları alıblar.
Alimlər bu müddətdə qanda şəkərin səviyyəsini, dəri temperaturunu və sinir sisteminin stress reaksiyasını izləyiblər.
Nəticələr göstərib ki, iştirakçıların yanında partnyorları olduqda yeməkdən sonra qanda şəkərin yüksəlməsi 14,55 faiz daha az olub. Soyuq şəraitdə dəri temperaturunun düşməsi 6,76 faiz, elektrik impulslarına stress reaksiyası isə 5,98 faiz zəifləyib.
Tədqiqatçıların fikrincə, sevdiyimiz insanın varlığı orqanizmə daxili tarazlığı daha az fizioloji gərginliklə qorumağa kömək edir.
Araşdırmanın nəticələri "Science Advances" elmi jurnalında dərc olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 Noyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















