Icma.az
close
up
RU
Alimlərdən qorxunc xəbərdarlıq: Dünyanın sonu daha tez gələcək

Alimlərdən qorxunc xəbərdarlıq: Dünyanın sonu daha tez gələcək

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Radboud Universitetinin (Niderland) tədqiqatçılarının yeni hesablamalarına əsasən, kainatın sonu əvvəllər düşünüldüyündən xeyli tez gələcək.

Oxu.Az xəbər verir ki, nüfuzlu "Journal of Cosmology and Astroparticle Physics" jurnalında dərc olunan elmi məqalə bizi kosmosun uzunömürlülüyü ilə bağlı fikirlərimizi yenidən nəzərdən keçirməyə vadar edir.

Qara dəlik üzrə mütəxəssis Heyno Falke, fizik Mixael Vondrak və riyaziyyatçı Valter van Suylek də daxil olmaqla, elmlərarası fənlər qrupu müxtəlif kosmoloji amilləri nəzərə alan mürəkkəb hesablamalar aparıblar. Əldə olunan yeni məlumatlara görə, bütün ulduzların yox olması ilə müşayiət olunan kainatın tam parçalanması 1078 ildən sonra baş verəcək.

Bu rəqəm ağlasığmaz dərəcədə böyük görünə bilər: 10 və 78 sıfır, lakin bu əvvəlki hesablamalardan xeyli azdır. 2023-cü ildə eyni elmi qrup dünyanın sonunun 101100 ildən sonra baş verəcəyini proqnozlaşdırmışdı. Bu dərəcədə fərqli düzəliş onunla əlaqədardır ki, yeni modeldə alimlər qara dəliklərin və neytron ulduzların təsirini, həmçinin "Hokinq şüalanması" fenomenini - qara dəliklərin tədricən kütlələrini itirərək elementar hissəciklər buraxması ilə bağlı prosesi nəzərə alıblar.

"Kainatın sonu gözləniləndən çox tez gələcək, lakin xoşbəxtlikdən bu hələ çox uzun vaxt aparacaq", - deyə Heyno Falke tədqiqatın nəticələrini şərh edib.

Hesablamalara görə, mövcudluğunu dayandıran sonuncu kosmik obyektlər Günəşimizə bənzər ulduzların son dərəcə qatı qalıqları olan ağ cırtdanlar olacaq. 1078 ildən sonra məhz onların məhv olması kainatın sonuna gətirib çıxaracaq.

Maraqlıdır ki, alimlər ən yaxın kosmik qonşumuzun taleyini də müəyyən ediblər. Yerin təbii peyki olan Ay 1090 ildən sonra buxarlanmalıdır - bu, ağ cırtdanların məhv olmasından 12 dəfə daha gecdir və bu onun quruluşunun xüsusiyyətləri və kosmik radiasiya ilə qarşılıqlı əlaqəsi ilə izah olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:310
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 May 2025 02:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri