Icma.az
close
up
RU
Alimlərdən şəkər xəstəliyi ilə bağlı SENSASİON KƏŞF

Alimlərdən şəkər xəstəliyi ilə bağlı SENSASİON KƏŞF

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Aralıq dənizi pəhrizinin kalori məhdudiyyəti, müntəzəm fiziki aktivlik və peşəkar dəstəklə birləşdirilməsi II tip şəkərli diabetin inkişaf ehtimalını 31% azaldır.

Bu barədə "Science Daily" elmi jurnalında dərc olunan araşdırmada qeyd olunur.

Harvard Universitetinin professoru Frank Hu bildirib ki, hazırda dünya qlobal şəkərli diabet epidemiyası ilə üz-üzədir. pizza sifarişi

"Yüksək səviyyəli sübutlara əsaslanan bu araşdırmamız göstərir ki, pəhriz və həyat tərzində kiçik və davamlı dəyişikliklər bu xəstəliyin qarşısını almağa qadirdir", – deyə o qeyd edib.

Araşdırma Avropada qidalanma və həyat tərzi üzrə ən böyük klinik layihə olan "PREDIMED-Plus" çərçivəsində aparılıb. Araşdırmada 55-75 yaş arası, artıq çəkili və metabolik sindromlu, lakin şəkərli diabet diaqnozu qoyulmamış 4276 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb: birinci qrup ənənəvi pəhrizə riayət edib, ikinci qrup isə həmin pəhrizi kalori məhdudiyyəti, orta intensivlikdə fiziki fəaliyyət (gəzinti və güc məşqləri daxil olmaqla) və çəki azaldılması üzrə mütəxəssislərin dəstəyi ilə birləşdirib.

Altı illik müşahidədən sonra məlum olub ki, kompleks yanaşmadan istifadə edən qrupda diabetə tutulma riski nəzarət qrupu ilə müqayisədə, demək olar ki, üçdə bir nisbətində azalıb. Bundan əlavə, bu qrupun iştirakçıları orta hesabla 3,3 kq arıqlayıb və bel ölçüləri 3,6 sm azalıb. Digər qrupda isə bu göstəricilər müvafiq olaraq cəmi 0,6 kq və 0,3 sm olub.

Navarra Universitetinin professoru Migel Martinez-Gonzales əldə edilən nəticələrin əhəmiyyətini vurğulayıb.

"Əslində, kalori nəzarəti və fiziki aktivliyin Aralıq dənizi pəhrizinə əlavə edilməsi hər 100 nəfərdən təxminən 3-də diabetin inkişafının qarşısını aldı", – o bildirib.//Report


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 Avqust 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri