Alimlərdən xəbərdarlıq: İdmandan sonra buz vannası əzələ inkişafını ləngidə bilər
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İdmandan sonra əzələ ağrılarını azaltmaq üçün istifadə edilən buz vannaları, masaj və xüsusi bərpa əlavələrinin faydaları düşünüldüyü qədər böyük olmaya bilər.
Lent.az xəbər verir ki, “The Conversation” nəşrində dərc olunan araşdırmanın icmalına görə, soyuq su əzələ ağrılarını qısamüddətli azaltsa da, iltihab reaksiyasını zəiflətməklə əzələlərin məşqə uzunmüddətli uyğunlaşmasına mane ola bilər.
Tədqiqatçılar bildirirlər ki, sıxılma geyimləri və bəzi idman əlavələrinin də əzələlərin funksiyasını bərpa etməkdə təsiri məhdud ola bilər.
Ən etibarlı üsullar isə kifayət qədər yatmaq, düzgün qidalanmaq və məşqlər arasında bədənə istirahət verməkdir.
Buz vannalarının təsiri tamamilə mənfi deyil: onlar bəzi hallarda sürətli bərpa üçün faydalı ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 Oktyabr 2026 07:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















