Icma.az
close
up
RU
Alimlərdən yuxu üçün vacib tövsiyə: Şam yeməyini erkən yeyin

Alimlərdən yuxu üçün vacib tövsiyə: Şam yeməyini erkən yeyin

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yatmazdan bir neçə saat əvvəl şam yeməyi yemək yuxunun keyfiyyətini yaxşılaşdıra və həzm sistemi ilə bağlı narahatlıqların qarşısını ala bilər.

Qaynarinfo-nun "The Independent" nəşrinə istinadən məlumatına görə, son vaxtlar "TikTok" platformasında populyarlaşan "erkən şam yeməyi" (early bird dinner) trendi mütəxəssislər tərəfindən də dəstəklənir. Dietoloqlar və yuxu üzrə həkimlər bildirirlər ki, axşam yeməyinin yuxudan 4-5 saat əvvəl qəbul edilməsi orqanizmin daha rahat istirahət etməsinə şərait yaradır.

Mütəxəssislərin sözlərinə görə, yatmazdan dərhal əvvəl qida qəbul etmək mədə yanması, həzm pozğunluğu və turşu reflüksü riskini artırır. Bu isə insanın gecə ərzində tez-tez oyanmasına və yuxunun keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

"Magnolia Functional Wellness" klinikasının tibbi direktoru, terapevt Fərhan Abdulla bildirib ki, xüsusilə yağlı və ədviyyatlı yeməklərdən sonra dərhal yatmaq həzm sisteminin fəaliyyətini davam etdirməsinə səbəb olur. Bu zaman mədədə turşuluq artır, köp və narahatlıq yarana bilər.

Yuxu təbabəti üzrə mütəxəssis Aleks Dimitriu isə qeyd edib ki, bu, sosial şəbəkələrdə yayılan nadir trendlərdəndir ki, elmi əsaslara söykənir. Onun sözlərinə görə, erkən şam yeməyi zamanı orqanizm gecə saatlarında qidanın həzmi üçün əlavə enerji sərf etmir və nəticədə yuxu daha dərin və fasiləsiz olur.

Dietoloq Culiya Zumpano da bildirib ki, erkən şam yeməyi qan şəkərinin səviyyəsinin yatmazdan əvvəl normallaşmasına imkan verir. Bu isə insanın dolu mədə və ya yüksək qlükoza səviyyəsi ilə yatmasının qarşısını alır.

Ekspertlər vurğulayırlar ki, hər kəsin erkən saatlarda şam yeməyi yemək imkanı olmur. Belə hallarda yeməkdən dərhal sonra uzanmaq əvəzinə 10-20 dəqiqə piyada gəzmək və ya yüngül fiziki fəaliyyətlə məşğul olmaq həzm prosesini sürətləndirə bilər.

Bundan əlavə, yaxşı yuxu üçün axşam saatlarında kofeinli içkilərdən və şəkər tərkibi yüksək olan qidalardan uzaq durmaq tövsiyə edilir. Mütəxəssislərin fikrincə, bu məhsullar yuxuya getməyi çətinləşdirə və gecə istirahətinin keyfiyyətini azalda bilər.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri