Alimləri həyəcanlandıran TAPINTI: Kainatda “qaranlıq çağ”ı bitirən kuazar Yeni Çağ Media
Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.
Kainatın “qaranlıq çağ”ını bitirən kuazar (uzaq məsafələrdə yerləşən və böyük miqdarda enerji yayan aktiv galaktik nüvə) tapılmış ola bilər.
Yenicag.az xəbər verir ki, qəbul edilən versiya bundan ibarətdir ki, böyük partlayışdan (“Big Bang”) sonra kainat isti və sıx olub.
Ancaq partlayışdan təxminən 380 min il sonra kainatın genişlənib soyuması nəticəsində atomaltı hissəciklər elektronlarla birləşərək hidrogen atomlarını əmələ gətirdi. Bu neytral hidrogen atomlarının yaratdığı duman kainatdakı işığın qarşısını kəsərək “kosmik qaranlıq çağ” adlandırılan dövrün başlamasına səbəb oldu.
Daha sonra ilk böyük kütləli ulduzlardan yayılan radiasiyanın neytral hidrogenin çoxunu yenidən ionlaşdırması ilə “yenidən ionlaşma çağ”ı başladı və böyük partlayışdan təxminən 1 milyard il sonraya qədər davam etdi. Elm insanları həmin çağın nə zaman və necə başladığını anlamağa çalışırlar.
“Yale” Universitetindən bir qrup alim isə “J1429+5447” adlandırılan kuazarın datalarını incələyərək bu suala öz cavab versiyalarını təqdim ediblər.
Alimlərin fikrincə, sözügedən kuazar “yenidən ionlaşma çağ”ını başlatmış ola bilər. Sözügedən kuazarın “X” şüalarında pik həddə qeyri-sabitlik olduğu aşkarlanıb. Məhz bu qeyri sabitliyin bəhs edilən çağı başlada biləcəyi güman olunur.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 16 Yanvar 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















