Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Alimlərin öldürülməsi işində yeni mərhələ: Bu dəfə qurban astrofizikdir

Alimlərin öldürülməsi işində yeni mərhələ: Bu dəfə qurban astrofizikdir

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ-da tanınmış astrofizik Karl Qrilmayerin evinin qarşısında qətlə yetirilməsi ilə bağlı cinayət işində yeni mərhələ başlayıb. Qətldə ittiham olunan 29 yaşlı Freddi Snayder məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Qaynarinfo xəbər verir ki, hadisə son illərdə ABŞ-da bəzi alimlərin ölümü və ya itkin düşməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

ABŞ-ın Kaltecx Texnologiya İnstitutunda çalışan 67 yaşlı astrofizik Karl Qrilmayer bu il fevralın 16-da Kaliforniyadakı evinin qarşısında güllələnərək öldürülüb.

Los-Anceles dairəsinin Şerif Departamenti hadisə ilə bağlı Freddi Snayderi qətl, avtomobilin zorla ələ keçirilməsi və birinci dərəcəli mənzil oğurluğu maddələri üzrə məhkəmə qarşısına çıxarıb. Prokurorluğun iddiasına görə, Snayder hücum zamanı tüfəngdən istifadə edib.

Təqsirləndirilən şəxs keçirilən məhkəmə iclasında ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. İş üzrə növbəti ilkin məhkəmə baxışının iyulun 5-də keçirilməsi gözlənilir. Snayder təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyir.

İstintaqın məlumatına görə, hadisə baş verən gün Snayder əvvəlcə yaşadığı evdə anasından avtomobilin açarlarını istəyib. Anası bundan imtina etdikdən sonra o, tavana atəş açıb, daha sonra avtomobili götürərək ərazini tərk edib.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Snayder daha sonra Karl Qrilmayerin yaşadığı evin yaxınlığına gedib. İddiaya əsasən, alim qaraj yolunda dayanmış avtomobili görərək çölə çıxıb və həmin vaxt boyun nahiyəsindən güllələnib. Qrilmayer evinin eyvanında həyatını itirib.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ona kömək göstərməyə çalışsa da, alimin öldüyü müəyyən edilib. Şerif Departamenti eyni vaxtda yaxınlıqda baş vermiş avtomobilin zorla ələ keçirilməsi hadisəsinin də eyni şübhəli ilə əlaqəli olduğunu açıqlayıb.

Karl Qrilmayer 40 ildən artıq elmi fəaliyyətini astronomiya və kosmik tədqiqatlara həsr etmiş tanınmış alim idi. O, Kaltexdə uzun illər çalışıb və NASA-nın Spitzer Kosmik Teleskopu ilə həyata keçirilən araşdırmalara mühüm töhfələr verib.

Onun elmi fəaliyyəti əsasən qalaktikaların quruluşunun, qaranlıq maddənin və ulduz populyasiyalarının öyrənilməsinə yönəlmişdi. Həmkarları Qrilmayerin elmi işlərini yaradıcı və yenilikçi kimi qiymətləndiriblər. Bildirilir ki, bəzi araşdırmaları Yerdən 160 işıq ilindən daha yaxın məsafədə yerləşən planetlərdə həyat izlərinin axtarışına da töhfə verə bilərdi.

Los-Anceles dairəsinin prokuroru Neytan C. Hokman bildirib ki, Karl Qrilmayer öz evinin qarşısında amansızcasına qətlə yetirilib və bu hadisə onun ailəsinə ağır zərbə vurub. Prokurorluq iş üzrə ədalətin təmin olunması üçün prosesi diqqətlə izləyəcəyini vurğulayıb.

Qrilmayerin qətli ABŞ-da son illərdə müdafiə sənayesi, aviasiya, nüvə tədqiqatları və yüksək texnologiyalar sahəsində çalışan bəzi alimlərin ölümü və ya itkin düşməsi ilə bağlı iddiaların yenidən müzakirə olunmasına səbəb olub.

Müzakirələrdə ehtiyatda olan Hərbi Hava Qüvvələri generalı Uilyam Nil Makkaslandın fevralın 28-də itkin düşməsi də diqqət mərkəzindədir. Bildirilir ki, o, vaxtilə Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyasına rəhbərlik edib və qabaqcıl materiallar üzrə layihələrlə əlaqəli olub.

Xəbərdə həmçinin NASA-nın Reaktiv Hərəkət Laboratoriyasında çalışan Monika Hasinto Rezanın 2025-ci ildə yürüş zamanı itkin düşməsi, eləcə də Nyu-Meksikoda nüvə obyektləri ilə əlaqəli bəzi şəxslərin telefonlarını, açarlarını və cüzdanlarını geridə qoyaraq yoxa çıxmaları ilə bağlı hadisələr də xatırladılır.

Bununla belə, ABŞ rəsmiləri Karl Qrilmayerin qətli ilə həmin itkin düşmə və ölüm hadisələri arasında hər hansı rəsmi əlaqənin mövcud olduğunu açıqlamayıblar. Hazırda bu hadisələr yalnız ictimai müzakirələrdə səsləndirilən iddialar və diqqət çəkən təsadüflər kimi qiymətləndirilir.

İstintaq isə hazırda birbaşa Freddi Snayderə qarşı irəli sürülən ittihamlar üzərində cəmləşib. Prokurorluq cinayətin motivi ilə bağlı hələlik dəqiq açıqlama verməyib. Bu isə iş ətrafında sualların qalmasına səbəb olur.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyun 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri