Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

“Alınmaz qaya”ya Azərbaycan Bayrağını sancarkən şəhid olan Ramil Babayev

“Alınmaz qaya”ya Azərbaycan Bayrağını sancarkən şəhid olan Ramil Babayev

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəhidin həyat yoldaşı: Onun ən böyük arzusu torpaqlarımızı azad etmək və Qarabağı qarış-qarış gəzmək idi

Bakı, 15 oktyabr, AZƏRTAC

Vətən müharibəsinin ilk günlərində onunla əlaqə saxlaya bilirdik. Ramil bizi sakitləşdirməyə çalışır, onun üçün həyəcan keçirməməyə çağırırdı. Elə həmin telefon danışığı zamanı o, qızı Mədinəni əmanət etdi. Sentyabrın 29-u Ramilə zəng etdik, ancaq əlaqə saxlaya bilmədik. Sonradan öyrəndik ki, həmin gün Ramil öz heyəti ilə birlikdə Murovdağ istiqamətində “Alınmaz qaya” deyilən yerdə ağır döyüşdə imiş. Milli Ordunun əsgərlərinin şücaəti sayəsində həmin zirvə düşməndən azad edilib və Ramil Azərbaycan Bayrağını oraya sancarkən şəhid olub...

Vətən müharibəsinin şəhid zabiti, cəsur döyüşçü Ramil Babayevin bacısı Ramilə xanım bu barədə AZƏRTAC-ın müxbirinə bildirib.

Ramil Taqət oğlu Babayev 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Kürdəmir şəhər T. İsmayılov adına 1 nömrəli tam orta məktəbi bitirən Ramil Cəmşid Naxçıvanski adına Hərbi liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Hərbi xidmətə Goranboy rayonundakı hərbi hissədə başlayıb. Xidməti boyu nizam-intizamı, peşəkarlığı ilə fərqlənib. Dəfələrlə komandirləri tərəfindən müxtəlif təltiflərə layiq görülüb. Öz cəsurluğu və vətənpərvərliyi ilə seçilən gənc zabit 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. 2020-ci il sentyabrın 27-də kəşfiyyatçı kimi Vətən müharibəsi döyüşlərinə qatılıb. Sentyabrın 29-da Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun nəşini uzun müddət tapmaq mümkün olmayıb. Tapılandan sonra, 2021-ci il yanvarın 31-də Kürdəmir rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ramil şəhid olanda Mədinə adlı qızı var idi, ölümündən sonra oğlu dünyaya gəldi və atasının adını daşıyır.

Bacısı Ramilə qardaşının Vətən təəssübkeşliyindən söhbət açaraq deyib: “Hələ ibtidai sinifdə təhsil alarkən kitablarda Xocalı faciəsi ilə bağlı məlumatları oxuyar, düşmənə nifrət bəsləyərdi. Kiçik yaşlarından hərbə marağı olan qardaşım həmişə deyirdi ki, Vətən bizim namusumuz, şərəfimiz və mənliyimizdir. Vətənə sevgi və məhəbbət insanın daxilindən gəlir. Xəmirimiz Vətənə məhəbbət hissi ilə yoğrulmalıdır”.

Şəhidin həyat yoldaşı Türkan Babayeva bildirib: “Onun ən böyük arzusu torpaqlarımızı azad etmək və Qarabağı qarış-qarış gəzib-dolaşmaq idi. O, həmişə deyirdi ki, torpaqlar azad olunandan sonra mən hərbçi kimi rahat ola bilərəm. Təəssüf ki, o, bu arzusuna çata bilmədi. Lakin elə bu yolda da şəhid oldu. Təsəllimiz odur ki, onun ruhu azad Qarabağ torpağında dolaşır...”.

Ramilin anası İlhamə Babayeva isə 5 il əvvəli belə xatırlayıb: “Vətən müharibəsindən bir həftə əvvəl Ramillə son görüşüm oldu. O, sağollaşanda mənə xeyli ürək-dirək, toxtaqlıq verdi, heç nəyin fikrini çəkməməyimi tapşırdı. Tezliklə hər şeyin yoluna düşəcəyini dedi. Elə bil, son görüş olduğunu hiss etmişdi”.

Kapitan Ramil Babayev ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Oxuduğu məktəbin həyətində Ramilin xatirəsinə şəhid bulağı inşa olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri