Icma.az
close
up
RU
Allah o qədər bikar deyil Filmdə Buzovna qalmaqalı

Allah o qədər bikar deyil Filmdə Buzovna qalmaqalı

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, yutubda yayımlanan, ssenarisi Əli Ucala aid olan "Ayıq sürücü" filmi Buzovna sakinlərinin narazılığına səbəb olmuşdu.

Sakinlər iddia edirdi ki, filmdə Buzovnada yaşayan qadın əxlaqsız kimi təqdim edilib.

Həm sakinlərin narazılığı, həm də sosial şəbəkələrdəki etirazlardan sonra filmin yaradıcı heyəti buzovnalı ağsaqqallarla görüşüb, görüşdən sonra filmdən Buzovna qəsəbəsinin adı çıxarılıb.

Kulis.az sözügedən mövzu ilə bağlı Ulucay Akifin "Danabaş kəndi yazısını təqdim edir.
Ölkədə hər dəfə nəsə əcaib, mənfi bir şey baş verəndə, fikirləşirəm ki, bundan pis nəsə ola bilməz... Sonra nəsə olur, nəsə baş verir, görürsən ki, yox, betərin də betəri varmış.

Yəni, azərbaycanlılar hər dəfə yenidən adamı “təəccübləndirə”, “heyrətləndirə” bilir.

Götürək, elə bu günlərdə baş verən “Buzovna” qalmaqalını... Məlumatı olmayanlar üçün qısaca deyim, “Ayıq sürücü” adında qısametrajlı bir film çəkilib. Filmdə obrazlardan biri Buzovnaya “xala” yanına gedir. Camaat da hiddətlənib. Əsəbiləşiblər ki, niyə o “xala”nın Buzovnada yaşadığını demisiniz, Buzovnada elə “xala” yoxdur!

Yazılan yüzlərlə, minlərlə təhqir mesajlarını, şərhlərini demirəm.
Söyüş söyməyə nə var? Yaxşı iş deyil ki, əlimizdən gəlməyə. Bizdən yaxşı söyən? Yetmiş yeddi qatlı söyüşlər bilirik. Uşağa dil açan kimi “əmini söy”, “dayıya ... de” öyrədən, uşaqlarımızın söyüş söyməsiylə fəxr edən, buna sevinən adamlarıq da.
Söyüşlə bu qədər həşir-nəşir olmağımız heç qəribə deyil. Həmin əmini, dayını söyən uşaqlarıq, böyümüşük, əlimizə telefon keçib sağa-sola bütün əmiləri, dayıları, bacıları, xalaları, kimi gəldi söyürük, gülürük.

Guya əsəbimizdən söyürük kimisə? Vallah, özümüzü aldatmayaq, biz söyüş söyməkdən ləzzət alan adamlarıq. Sonra orda-burda fəxrlə deyirik ki, “filankəsə belə dedim”, “beşmənkəsə belə yazdım”... Hər nəysə...

Əsəbiləşməkləri bir yana, filmin aktyorlarına hücum da ediblərmiş. Hətta aktyorlar küçədə-filan tanıyan olmasın deyə bığlarını, saqqallarını kəsiblər.

Nə gözəl məmləkətdi. Nə unikal xalqıq.

Bu da bir yana, Buzovnanın ağsaqqalları ilə filmin rejissorları, yaradıcı heyəti arasında görüş keçirilib. Şəkillərə baxdım, aralarında “Quran” da olub. Qurban olum o “Quran”ı göndərənə, axı o “Quran”ın kinoya nə dəxli var? Filmi də “Quran”la məsləhətləşib çəkməliyik?

Yadıma düşür, iki-üç il qabaq Əlixan Rəcəbovun hansısa filminə də belə əsəbiləşmişdi camaat. Əlixan yazıq da gedib mərhum Hacı Şahinlə görüşmüşdü, Hacı Şahin camaatı sakitləşdirmişdi.

Vallah, ay dostlar, bizim də Allahımız var, biz də namaz qılırıq, oruc tuturuq. Amma hər məsələdə “Quran”ı gətirib qabağınıza qoymuruq. Allah o qədər bikar ola bilməz. Dünyanın Fələstini, Ukraynası, osu-busu... Allahın bu soxasoxda bizim çəkdiyimiz kinoyla, yazdığımız kitabla nə işi...

Hə... Buzovnanın ağsaqqalları ilə filmin yaradıcı heyəti görüşüb, filmi Yutubdan sildiriblər, Buzovna adını dəyişdiriblər, nə bilim nə, nə, nə... Ürəyim bulandı, qusmaq istədim.

Təsəvvür edirsiniz mənzərəni? Filmi sildiriblər, adı-filan dəyişdiriblər... Adam deməyə söz tapmır.

Kim edib bunu? XALQ! CAMAAT! MİLLƏT! NAROD!

O xalq ki, sonra kimlərləsə demokratiya, söz azadlığı davası edir guya.

Sənin harana yaraşır axı demokratiya, ay azıxantrop?!

Sən kinoçəkənləri hədələyib film sildirən tayfasan da. Qəbiləsən. Huhu haha...

Senzura deyil bu? Yaradıcılığa müdaxilə deyil?

Sənin sənətdən anlayışın silikonlu müğənnidi, Manafdı, nə bilim, nədi.

Sən nə bilirsən, axı kino nədi?

Xarici kinolara baxmırsınız heç? Camaat kilsədə sevişir, sinaqoqda nəşə çəkir... Filmdi bu, film. Necə izah edim. Kinodu da. Orda çəkilənlər də eləcə obrazlardı.

İlahi, sən Özün bizə kömək ol, bu adamlara heç nə izah edə bilməyəcəyik biz.

Sənə and olsun ki, bunlar ömürlərinin axırına kimi də belə qalacaq. Cahil, tərbiyəsiz, mədəniyyətsiz...

Bunlar iki yüz il sonra da avtobusa növbəylə minməyi bacarmayacaq.

İl olub 2025. Bizim eramızın üçüncü minilliyinin ilk yüz illiyinin birinci rübünü geridə qoyuruq. Dünyada nələr-nələr baş verir, özünüz görürsünüz. Hər şey nə qədər inkişaf edir, yenilənir. Biz isə hələ filmdə hansısa ərazinin, rayonun, qəsəbənin, kəndin adının çəkilməsinə əsəbiləşirik.

Məmmədquluzadənin Danabaş kəndi elə budur da. Külli Azərbaycan. Qazaxın Qırmızı Körpüsündən tutmuş Abşeron yarımadasının Şah Dilinə... Şimalından Cənubuna kimi hər yerə Danabaş kəndi deyək, heç kimin xətrinə dəyməsin, heç kim əsəbiləşməsin.

Xalq artisti: "O çəkilişin ikinci günü hər şeyi qoyub çıxıb getmişəm" 3500 illik firon məzarı aşkarlandı Volkan Konak vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri