Icma.az
close
up
RU
Allahşükür Paşazadə: Müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi yaşanmaqdadır

Allahşükür Paşazadə: Müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi yaşanmaqdadır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə fevralın 19-da Bəhreyn krallığının paytaxtı Manamada “Bir ümmət, bir tale” şüarı altında İslamdaxili Dialoq Konfransı öz işinə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, Əzhər Əl-Şərif, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurası və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransda İslam dünyasının tanınmış sünni və şiə məzhəblərinin üləmaları, mərceyi-təqlidləri, alim və mütəfəkkirləri və İslam dininin görkəmli xadimləri iştirak edirlər.

QMİ sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü şeyxülislam Allahşükür Paşazadə Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifə ilə konfrans şərəfinə qəbul mərasimində görüşüb. O, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Krala çatdırıb.

Bəhreyn Konfransının açılış mərasimində Malayziyanın Baş naziri Ənvər İbrahim, Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn Brahim Taha, Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyib, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Əbdül Rəhman bin Məhəmməd bin Rəşid əl-Xəlifə, Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Məhəmməd Əbdülsəlam, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu, müsəlman dünyasının bir sıra görkəmli din, dövlət və ictimai xadimləri çıxış ediblər.

Müsəlman dünyası və bütövlükdə bəşəriyyətin gələcəyi naminə qarşılıqlı anlaşma mühitində dialoq məramı ilə keçirilən konfransda məruzə ilə çıxış edən şeyxülislam A.Paşazadə islamdaxili həmrəyliyin təmin olunması naminə İslam-İslam dialoqu, məzhəblərarası anlaşma istiqamətində vəsətiyyənin tətbiqi, müqəddəs dinimizin mötədil dəyərlərinə istinad yönündə birgə səylərini yüksək dəyərləndirib.

QMİ sədri Azərbaycanda İslamdaxili dialoqun uğurla qurulduğunu və real müsbət nəticələr verdiyini qürurla vurğulayıb, ölkəmizin məzhəblərarası anlaşma sahəsində örnək təcrübəsi barədə Bəhreyn forumunun iştirakçılarına məlumat verərək deyib: “Vətənim Azərbaycan tarixən müxtəlif məzhəblərin mövcud olduğu ölkədir. Bu gün müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi yaşanmaqdadır. Dünyada analoqu olmayan haldır ki, dini mərkəzin fətvasına əsasən vahid təqvim üzrə Azərbaycan məscidlərində azanlar bir vaxtda verilir, məscidlərdə eyni vaxtda birgə namaz qılınır, eyni imama iqtida edilir. Şiələr və sünnilər dini bayram və mərasimlərdə, Məhərrəmlik dönəmində, Aşura təziyələrində bərabər iştirak edir, mübarək Qurban bayramını və Ramazan ayını vahid təqvim üzrə eyni günlərdə keçirirlər. İslam müqəddəslərinin, səhabələrin təhqir edilməsini dövlətimiz nifrət nitqi olaraq qanunla qadağan edib. Bu müdrik dövlətçilik siyasəti xalqımızın Ulu Öndəri Heydər Əliyevin irsidir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev islami həmrəylik ideyalarının dünya miqyasında fəal müdafiəçisi və beynəlxalq müstəvidə islamofobiya əleyhinə daim qətiyyətlə çıxış edən siyasi liderdir”.

Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyib, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hüseyn Brahim Taha, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Əbdül Rəhman bin Məhəmməd bin Rəşid əl-Xəlifə və digər şəxslər ilə görüşlər keçirib.

Konfrans işini davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri